Haqqımızda

Konsis Group 2006-cı ildən bəri Konfransların təşkili, Tədbirlərin audio-video avadanlıqla texniki təchizatı və Tərcümə üzrə aparıcı şirkətdir. 35 nəfərlik heyət və 200-dən çox texniki mütəxəssis və tərcüməçilərdən ibarət komandası ilə Konsis Group baş ofisi Bakı şəhərində olmaqla əsasən Post-Sovet ölkələrində əlaqə ofislərinə malikdir.

 

MICE (işgüzar görüşlər, konfrans və sərgilər), PCO (konqreslərin təşkili), Konfrans avadanlığının icarəsi, Missiyalara dəstək və Tərcümə sahəsi üzrə 10 ildən artıq uğurlu təcrübəyə malik Konsis şirkəti ABŞ, Avropa və digər beynəlxalq müştərilərinə yüksək peşəkarlıq və keyfiyyət ilə xidmət edir.

 

Konsis Group Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu tərəfindən 2011-ci ildə ilin Tədbir Təşkilatçısı Şirkəti nominasiyası üzrə mükafat ilə təltif olunmuşdur.

 

Regionda davam edən iqtisadi böhran vəziyyətinə baxmayaraq Konsis Group Tədbirlərin Səhnə Tərtibatı və Texniki İnfrastruktur üzrə sərmayə yatırmaqdadır və peşəkar təşkilatlar ilə əməkdaşlıq çərçivəsində ən son texnologiyalar üzrə təcrübə mübadiləsi aparmaqda davam edir.

 

Konsis Group Konfransların, Konqreslərin təşkili, Tədbirlərin texniki təchizatı və Dilçilik sahəsi üzrə MDB məkanında 1 nömrəli seçim olmağa doğru irəliləyir.

Bütün Hüquqlar Qorunur © 2017