,

(+99412) 4978113

14-15 iyul  2015-ci il tarixində AMEA Botanika İnstitutunun Laboratoriya korpusunda  Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq  Tədqiqatları İnstitutu (UNİCRİ) və AMEA Botanika İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri Şöbəsinin təşkilatçılığı ilə “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində  Biotəhlükəsizlik və Biomüdafiə İmkanlarının Gücləndirilməsi” Proqramı çərçivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“  layihəsinin uğurla yerinə yetirilməsi ilə əlaqədar olaraq Beynəlxalq elmi seminar keçiriləcəkdir. Layihənin rəhbəri akademik C.Ə.Əliyev, icra müddəti isə 20 ay olmuşdur.

Beynəlxalq seminarda Fransa Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Avinyon Mərkəzinin aparıcı alimləri Prof. Cecile Desbiez, Dr. Benoit Moury, Ankara Universitetinin professoru Filiz Ərtunc, AMEA və KTN-nin müxtəlif Elmi-Tədqiqat institutlarından, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universitetindən olan mütəxəssislər, gənc tədqiatçılar, doktorant və tələbələr iştirak edəcəklər. Tədbirdə  Azərbaycanda becərilən meyvə-tərəvəz bitkilərində yayılmış virus və fitoplazma xəstəliklərinin seroloji və molekulyar metodlarla diaqnostikası və identifikasiyası, genetik modifikasiya olunmuş kənd təsərrüfatı bitkilərinin molekulyar diaqnostikası istiqamətində aparılmış tədqiqat işlərinin nəticələri, layihə çərçivəsində alınmış müasir avadanlıqlar və onların istifadəsi, ölkəmizdə bu xəstəliklərin yayılmasını əks etdirən xəritə, nəşr olunmuş tövsiyyələr və monoqrafiyanın  təqdimatı və s. məsələlər müzakirə ediləcəkdir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq bitkilərin virus və fitoplazma xəstəliklərinin öyrənilməsi ilə bağlı tədqiqatlara 2005-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi altında başlanılmış, qısa müddətdə böyük nəticələr əldə olunmuş, ixtisaslı kadrlar hazırlanmış, yerli və beynəlxalq qrant lahiyələri reallaşdırılmışdır.

  • January
  • February
  • March
  • April
  • May
  • June
  • July
  • August
  • September
  • October
  • November
  • December