,

(+99412) 4978113

Ingilis diline tercume

Müasir zamanda ingilis dili yalnız beynəlxalq deyil, həm də bir çox ölkələrdə daha çox yayılmış dildir. Bu dildə təkcə danışmırlar, ondan təlimatların, vəsaitlərin, dərsliklərin və saytların yazılmasında istifadə edirlər. Siz istənilən korporativ sayta və ya internet-mağazaya daxil olsanız orada hökmən ana dildə olan variantdan başqa ingilis dili variantının da istifadə olunduğunu görərsiniz. Həmçinin tez-tez sənədləri ingilis diline tercume etmek lazım gəlir, məsələn, müəyyən ölkənin ərazisinə daxil olmaq məqsədilə viza almaq üçün. Məhz siz kifayət qədər ingilis dilini bilmirsinizsə və ya ixtisaslı kömək tələb olunursa, ingilis diline tercume lazım gələ bilər.

Əlbəttə ki gündəlik məişətdə istifadəçilər onlayn-tərcüməçilərin xidmətləri ilə kifayətlənirlər, lakin onlar mükəmməl deyil, tez-tez qeyri-dəqiq tərcümə verir və külli miqdarda sinonimlər təklif edirlər. Ingilis dilindən yaxşı başı çıxanlar üçün yaxşıdır, bu variant onlara kifayət edə bilər. Lakin sənədləri, xüsusi mətnləri və ya bundan da çətin dilin daşıyıcıları ilə ünsiyyət saxlamaq, məsələn, rəsmi görüşlərdə, tələb olunursa, onda nə etməli? Bunun üçün sizə ingilis dili tercumecisi lazım gələcək. Bundan başqa, rəsmi sənədlərə və ya görüşlərə gəldikdə, bəzən sertifikatlı tərcüməçi tələb kimi irəli sürülür. Çox vaxt tərcüməçi hətta görülmüş işi təsdiq də edir.

Sənədləri, etibarnamələri, eyniləşdirmə məlumatlarını tərcümə etmək lazımdırsa, onda belə hallarda peşəkar tərcüməçi tərəfindən təsdiq olunmaqla ingilis dilinə tərcümə məcburidir.

Həmçinin son zamanlar elmi məqalə, dissertasiya, avtoreferatların yazılmasında ingilis dilinə tərcümə tələb olunur. Çox az adam bunu belə xüsusi elmi üslubda edə bilər. Və heç bir onlayn tərcüməçi və ya lüğət yazılanın bütün mənasını dəqiq çatdıra bilməyəcək.

Biz sizə ingilis dilinə peşəkar tərcüməçilərin keyfiyyətli xidmətlərini təklif edirik. Onlar dili müxtəlif spesifikanın nəzərə alınması ilə bilirlər. Siz həm yazılı, həm də şifahi tərcümə məsələləri ilə bizə müraciət edə bilərsiniz. Bununla bərabər biz müxtəlif növ və üslubda olan tərcümələr üzrə ixtisaslaşırıq. Siz işgüzar, elmi üslubda tərcümə məsələləri üzrə və həmçinin şifahi tərcümə məqsədilə müşayiət üçün bizə müraciət edə bilərsiniz. Həm əvvəlcədən, həm də sinxron tərcümə mümkündür. Bizim mütəxəssislər müxtəlif sahələrdə işləyirlər, yaxşı təcrübəyə malikdirlər. Buna görə də siz əlverişli qiymətə yaxşı, keyfiyyətli ingilis dili tərcüməsi əldə edəcəksiniz.

 

  • January
  • February
  • March
  • April
  • May
  • June
  • July
  • August
  • September
  • October
  • November
  • December