,

(+99412) 4978113

KONFRANS AVADANLIĞI


KONFRANS AVADANLIĞININ İCARƏSİ

KONSIS – konfrans və görüşlərin təşkili üçün universal şirkətdir. Şirkətimiz tərcümə üçün Bosch Next Generation markasının avadanlıqlarını Bakı şəhərində və bütün Azərbaycanda icarəyə verir.

Tərcüməçilərdən əlavə, biz tərcümə üçün avadanlıq, eləcə də konfrans zamanı avadanlıqların quraşdırılması, idarə olunması və bölüşdürülməsi üçün ixtisaslı və bacarıqlı texniki personal təmin edirik.

Konfrans üçün Sizə müasir Bosch Next Generation sistemləri, tercume üçün avadanlıq, kabinə, mikrofon, qulaqcıq, ötürücü aparatlar, pultlar və bütün müvafiq səsyazma avadanlıqlarını təqdim edirik. Biz bütün avadanlıqların quraşdırılması və tərcüməçilərin təmin edilməsi daxil olmaqla Sizin bütün tələblərinizin həyata keçirilməsinə çalışırıq.

Uyğunlaşma qabiliyyəti – bizim prioritetimizdir və konfrans və görüşlərin müxtəlif forma və miqyasda olduğu barədə məlumatımız vardır. Sifarişinizin həcmindən asılı olmayaraq, Sizi zəruri tərcümə avadanlıqları ilə təmin ediləcəyiniz barədə əmin edirik.

 

Nümayəndələr üçün mikrofon

İştirakçılar mikrofon üzərində düyməni sıxaraq danışa bilərlər. Eləcə də qulaqcıqlardan istifadə edərək və mikrofon üzərində olan kiçik düymələrin köməyi ilə dil seçərək onlar tərcüməyə qulaq asa bilərlər.

 

İnfraqırmızı qəbuledicilər

Rəqəmsal infraqırmızı qəbuledicilər iştirakçılar üçün tam portativlik təmin edir. Bu qəbuledicilərin digər müsbət cəhəti- səs siqnallarının divardan keçməməsi, bununla da, tədbirinizin məxfi saxlanılmasının təmin olunmasıdır.

Tərcüməçilərin pultu

Tam rəqəmsal sistem həmçinin tərcüməçilər üçün rahat iş şəraiti yaradır. Bizim avadanlıqlarımızdan istifadə edən sinxron tərcüməçilər ağır iş gününün sonunda heç bir yorğunluq hiss etməyəcəklər.

Şirkətimiz sinxron tərcümə üçün avadanlığa ehtiyac olmayan məkanlarda dəyirmi masa və yerli yayım sistemi üçün mikrofonlar təqdim edir.

Sizin konfrans və təlimləriniz üçün noutbuklar təmin edirik.

Sifarişdən asılı olaraq, Sizin üçün mobil internet bağlantısı olan kompüterlər təchiz edə bilərik. İnternet bağlantı sahəsi bütün Azərbaycan ərazisini əhatə edir.

Təqdimat və ya istənilən digər layihələr üçün proyeksiya ekranı təqdim edirik.

 

Təlimlər zamanı proyeksiya ekranı

Diaqonal
sm/inch

Ekranın görüntü sahəsi, sm/inch
Ekran ölçüsü, sm

Ekran formatı  3:4

255/98″
180 x 180
70″ x 70″
180 x 180
70″ x 70″

Bu proyeksiya ekranı dizayn sadəliyi, etibarlı komponentlər və mükəmməl dizayn xarakteristikaları özünə cəmləşdirir.
Bir nəfər şəxs tərəfindən bir neçə dəqiqə ərzində asanlıqla quraşdırılma.

Auditoriyanın həcmi 50 nəfərə yaxın.

Qatlanan proyeksiya ekranı

Diaqonalsm/inch

Ekranın görüntü sahəsi, sm/inch
Ekran ölçüsü, sm

Ekran formatı  3:4

508/200″
310 x 417
122″ x 164″
320х427
Böyük ölçülü qatlanan proyeksiya ekranı
Auditoriyanınhəcmi 100-250

Bir tərəfdən digər tərəfə tərpənməməsi üçün əlavə bərkitmə qurğuları.

İki nəfər şəxs tərəfindən 10 dəqiqə ərzində asanlıqla quraşdırma. Heç bir alət tələb olunmur.

Aşağıda qeyd olunan avadanlıqlar və xidmətlər Sizə tamamilə PULSUZ təmin edilir.

  • Flipçart
  • Tribuna
  • Elan lövhəsi
  • Qələm, karandaş, bloknot
  • Divar ekranları
  • Auditoriya lövhələri və markerlər