,

(+99412) 4978113

Sinxron tərcümə xidməti

Elmin, biznesin, siyasətin, iqtisadiyyatın və bir çox digər sahələrin müasir inkişafı müxtəlif dövlətlərin əməkdaşlığını nəzərdə tutur. Müvafiq olaraq görüşlər, sənədlərin imzalanması və əlaqənin qurulması müəyyən dildə aparılır. Bir qayda olaraq ingilis dili beynəlxalq, anlaşılan və daha çox istifadə olunan dildir. Bu dildə bir çox ölkələrdə fikirləri ifadə edirlər, müzakirələr keçirirlər, elmi məruzələr yazırlar.

Əgər Siz müxtəlif ölkələrin və dil qruplarının nümayəndələri olan və tərcümənin təmin olunması lazım olan bu cür tədbirin təşkilatçısısınızsa, bizim büro sizə öz xidmətlərini təklif edir.

Qeyd etmək lazımdır ki, şifahi tərcümə onun iki əsas növünü nəzərdə tutur: ardıcıl və sinxron. Ardıcıl tərcümə – çıxış edənin mətnin bir hissəsini deyib sonra fasilə verib və tərcüməçinin bu hissəni ingilis dilində təkrar etməsi hadisəsidir. Sinxron tərcümədə iştirakçılar xüsusi avadanlıqdan istifadə edərək dərhal tərcümə olunmuş mətni eşidirlər. Bu cür tərcümə növü çıxış edənin vaxtına və səyinə qənaət edir. Belə ki, bu vaxt çıxış edən mətni dolaşdırmayacaq və daim fasilələr verməli olmayacaq.

Sizin sinxron tərcümənin hansı növünü sifariş etmək arzusunda olmağınızdan çıxış edərək bizim şirkətimiz sizə tərcüməçi təqdim etməyə hazırdır. Həmçinin sinxron avadanlıq da tələb olunacaq. Bu növ daha rəsmi, ciddidir. Bundan yüksək səviyyəli konfranslarda,  simpoziumlarda istifadə edirlər.

Tədbirin sinxron tərcüməsi – heç də asan məsələ deyil, lakin vacib məsələdir. Buna görə də onun həyata keçirilməsi üçün yüksəkixtisaslı mütəxəssislərin cəlb olunması tələb olunur. Axı bu cür tədbirlərin mövzuları bir qayda olaraq özünəməxsus və darixtisaslıdır. Buna görə də təcrübəli, xüsusi terminologiyanı yaxşı bilən və nitq sürəti olan sinxron tərcüməçi lazımdır.  

Əgər Siz tədbirin yüksək səviyyədə keçməsində maraqlısınızsa və ixtisaslı tərcüməçilər axtarışındasınızsa, bizim büro sizə ən yaxşı mütəxəssislər təqdim etməyə hazırdır. Bizim şirkətin tərcüməçi xidmətləri hər zaman peşəkardır, qiymətlər əlverişlidir və hər bir mütəxəssisimizin hərtərəfli dil biliklərini nəzərdə tutur. Biz sizin tədbirinizin təşkilinin uğurlu və nəticə etibarilə səmərəli keçməsi üçün sizə uyğun tərcüməçi seçərik, avadanlıqla yardım edərik.

Saytda verilmiş telefonlar vasitəsilə və ya elektron poçt vasitəsilə bizim şirkətə müraciət edin. Siz bizimlə bilavasitə saytdan da əlaqə saxlaya bilərsiz. Sizin tədbirdə tam anlaşma olması üçün biz sizə kömək edəcəyik.

 

  • January
  • February
  • March
  • April
  • May
  • June
  • July
  • August
  • September
  • October
  • November
  • December