,

(+99412) 4978113

TƏDBİRLƏRİN TƏŞKİLİ


Abstraktların idarə edilməsi üzrə onlayn modullar

Tədbirinizə iştirakçılar dəvət etmək və qonaqlarınızın tədbirdə abstraktlar ilə çıxış etmələrini istəyirsinizsə, abstraktlar üçün onlayn modullar sizin üçündür. Biz sizin tədbirinizin internet saytında abstraktları onlayn idarə etmək, bütün sənədləri təqdim etmək və prosesə nəzarət etmək üçün səhifə yarada bilərik.

Poster hall.

Abstrakt – təqdim olunacaq işin və ya məqalənin qısa təqdimatıdır. Təcrübə nəticələri haqqında məlumat verən elmi məqalə və ya nəzəri nəşr olmasından asılı olmayaraq, abstrakt işin məzmunu haqqında qısa məlumat təqdim edir.

Sizin nəşri tapmaqda yardımçı ola bilər. Məsələn, elmi jurnallarda abstrakt oxucuya nəşr olunan məqalənin onun üçün maraq kəsb etdiyini aşılamağa, istiqamət almağa yardım edir. Həmçinin, icmal oxucuya işin əsas ideyasını anlamağa kömək edir.

Elmi konfranslarda icmal sizin sahədən olan digər elm xadimləri üçün nəzərdə tutulur. Digər hallarda isə başqa sahədə çalışan hazırlıqsız oxucu və ya elm xadimləri üçün aydın olmalıdır.

Ümumilikdə götürdükdə isə, bütün icmallar yalnız bir məqsəd daşıyır, iki növ abstrakt vardır.  Təsviri sizin işinizin tapşırıq və məqsədini, metodunu izah edir, lakin bu abstraktda əldə edilmiş nəticələr haqqında məlumat verilmir. Adətən bu cür abstraktların həcmi 100-200 sözdən ibarət olur.

İnformativ abstrakt sizin məqalənin qısa formasıdır və nəticələr daxil olmaqla, bütün araşdırmaları özündə əks etdirir. Bu cür uzun abstraktların həcmi bir abzasdan başlayaraq, bir səhifəyədək mümkündür.

Hər iki abstrakt növündə təqdim edilən başlıca məlumat eynidir, burada əsas fərq nəticələrin yalnız informativ abstraktda təqdim olunmasıdır ki, bu da informativ növü təsviridən daha iri həcmli edir.

Oxucu araşdırmanın nə üçün vacib olduğunu və nə məqsəd daşıdığını bilməlidir. Adətən təsviri abstrakt aşağıdakı sualların müzakirəsi ilə başlayır:

  • – Bu araşdırma nə üçün həyata keçirilmişdir
  • – Araşdırma işi hansı üsulla icra olunmuşdur
  • – Nəticədə nə aşkar edilmişdir
  • – İş və onun nəticələri nə üçün vacibdir
  • – Bütün məqaləni oxumaq nə üçün lazımdır

abstract3

Abstraktda “problem” qeyd olunur və iş üzrə nəzərdən keçirilən əsas sualın həlli abstraktda təqdim olunur. Həmçinin, abstrakt ümumi iş üslubuna, “giriş”, “əsas hissə” , “nəticə”- formatına uyğun olmalı, eləcə də məqalə və araşdırmaya aydınlıq gətirməlidir. Abstraktda naməlum və birmənalı olmayan ifadə və formullara yer verilməməlidir.

Təqdim etdiyiniz abstrakt jurnalda nəşr olunacaqsa, o asanlıqla tapılmalıdır. Axtarış zamanı oxucular oxşar araşdırmalar tapmaq üçün onlayn bazalarda müəyyən sorğular həyata keçirəcəklər.

Abstrakt- qısa təqdimatdır və bu səbəbdən mümkün ad və məkanlar istisna olmaqla, araşdırma haqqında dəqiq məlumatları əhatə etməlidir. Vacib olan əsas amil – istinaddır. Abstraktlarda adətən işə ümumi baxış təqdim olunur.

Abstraktlar bir və ya iki abzasdan ibarət olmalı və bütün məqalənin ümumi həcminin 10%-dən artıq olmamalıdır.

abstract4