,

(+99412) 4978113

TƏDBİRLƏRİN TƏŞKİLİ


İşçi heyəti ilə təminat

” İstənilən tədbirin onun təşkili və həyata keçirilməsində iştirak edən işçi heyətdən əhəmiyyətli dərəcədə asılıdır. Biz sizin tədbirinizi hərtərəfli şəkildə ixtisaslaşmış işçi heyəti ilə təmin edəcəyik.

  • Tədbir təşkilatçısı

Bu həm də tədbir- menecerdir. Müştərini dinləyir, hətta onun ifadə etmədiyi fikirlərini eşidir, seçim üçün bir neçə variant təklif edir və ən optimal olanını tövsiyə edir. Kommersiya təklifini  və büdcədən asılı olaraq tədbir planını işləyib hazırlayır. Kreativ ssenari yazır və hər bir detal üzərində düşünür.

  • Tədbirin host və hostesləri

Tədbirin siması, tədbirin təşkil olunduğu məkana daxil olarkən iştirakçıların qarşılaşdığı ilk şəxs. Bu həm kişi, həm də qadın ola bilər. Onların vəzifələrinə qonaqların qarşılanması, mehriban atmosferin yaradılrması, bütün sualların cavablandırılması, mövcud olan problemlərin həll olunması, diqqətin məlumat lövhələrinə cəlb edilməsi, iştirakçıların lazımi məkana yönəldilməsi daxildir.

  • Qeydiyyatı həyata keçirən işçi heyəti

Onlar ilk növbədə operatorlardır. Onlar kağız və ya elektron siyahıdan iştirakçının adını(kodunu) tapır, iştirak etdiyini qeydə alır və qeydiyyat masasında dərhal çap edilməsi mümkün olan döş nişanını təqdim edir. Operatorlara qeydiyyat zamanı məlumat və promo-materiallardan ibarət olan paketləri hazırlayan şəxslər də yardım edə bilərlər.

shutterstock_127798649

  • İnzibati heyət

Bu şəxslər yaradıcı, texniki, təbliğat ilə məşğul olan işçi heyəti, dəvət olunmuş mütəxəssislər, vəzifələrin bölüşdürülməsi ilə məşğul olan şəxslərin işini idarə edən heyətdir. Onlar podratçılar ilə razılığa gəlir, rəsmi şəkildə tədbirin keçirilməsi üzrə razılıq əldə edir, plan, maket və menyunu təsdiq edir, tədbirin hər bir hazırlıq mərhələsinə nəzarət edir və sifarişçiyə hesabat təqdim edir.

  • Videoqraf

Sizə tədbiriniz haqqında ətraflı və keyfiyyətli video hesabat lazımdır? Bu işi peşəkar avadanlıq ilə təmin edilmiş təcrübəli videoqraf həyata keçirəcəkdir. O ən uğurlu rakursu seçərək, çəkilişi həyata keçirəcək və daha sonra montaj işini də təşkil edərək, videonu hazır edəcək.

  • Fotoqraf

Bu mütəxəssis tədbirin başlıca məqamlarını görüntüləyərək, qonaqlar üçün fotosessiya edə və çəkilmiş material əsasında fotoreportaj hazırlaya bilər. Mahir fotoqraf çəkilişi görünməz şəkildə və iştirakçılara maneə olmadan həyata keçirə bilər.

  • İT- mütəxəssislər

Dövrümüzdə istənilən tədbirin təşkilini İT-texnologiyasız təsəvvür etmək mümkün deyil. Məlumat mübadiləsi, bütün zəruri məqamların razılaşdırılması, iştirakçıların qeydiyyatı və bir çox digər tapşırıqlar kompüterlər vasitəsilə həyata keçirilir. İT-mütəxəssis bütün avadanlıqların işinin sinxronlaşdırılması və lazımi proqram təminatının quraşdırılması işini həyata keçirəcək.

  • Texniklər

Tədbirin texniki avadanlıqlar ilə təşkilinin başlıca elementləri – işıq və səs avadanlığının qoşulması və montajıdır. Texniklər avadanlığın yerləşdirilməsi üçün ən münasib mövqeni tövsiyə edəcək və bütün tədbir ərzində avadanlıqların işinə nəzarət edəcəklər. Onlar həmçinin mobil konstruksiyaların, dekorasiyanın montajına nəzarət edəcək və onların vaxtında hərəkətini təmin edəcəklər.

  • Ekskursiya Bələdçiləri

Bir çox tədbirlərin proqramına ekskursiyalar daxildir. Peşəkar ekskursiya bələdçisi proqramın bu hissəsini qonaqlar üçün maksimum dərəcədə maraqlı edərək, tədbirin xoş təəssürat yaratmasına çalışacaq.