Top banner PC
Top banner mobil

Personal

Xidmətlər

Tədbir personalı lazımdır? Konsis sərgi və tədbirlər üçün lazım olan müvəqqəti komandanı sizin üçün təmin edir və tədbirdə idarə edir.

Növbəti layihəniz üçün tədbir və ya sərgi işçiləri üzrə müvəqqəti personal ehtiyacınız olarsa bizə müraciət edin. Konsis, texniki və inzibati mütəxəssislərdən ibarət ştatlı və müqaviləli kadr bazası ilə sizə kömək etməyə hazırdır.

Konsisdə bizim müxtəlif şöbələrimizdə bir çox növ mütəxəssislərimiz, tədbirlərdə təcrübə yığmış öz personalımız və onların nəzarətində yetişmiş muzdlu işçilərimizdən ibarət layihə menecerləri, inzibati mütəxəssislər, texniklər, mühəndislərdən ibarət daxili komandamız var. Bizim personalımızı tədbirlərdə nəzarətçi rollarda təyin etmək, eləcə də komandanızın nəzarəti altında layihələriniz üçün müvəqqəti işçilər təmin etmək təcrübəmiz var.

Hosteslərdən tədbir qeydiyyatı personalına, səhnə ustalarından mühəndislərə qədər tədbirlərə hər cür kadr təqdim etmək təcrübəmiz var.

 Biz əsasən aşağıdakı kateqoriyalar üzrə kadr təqdim edirik:

İnzibati: tərcüməçilər, qeydiyyat işçiləri, logistika mütəxəssisləri
Əyləncə: modellər, hosteslər, fotoqraflar
Audio-video: kamera operatorları, texnikləri, İT mütəxəssisləri, fəhlələr
Texniki: mühəndislər, elektrikçilər, ustalar

Əməkdaşlarımız təhlükəsizlik tədbirlərdə təhlükəsizlik və gigiyena qaydalarına bələddirlər. Onlar tədbirlərdə təcrübəlidirlər və Azərbaycanın əksər tədbir məkanlarının daxili qaydaları ilə tanışdırlar.

Personal üzrə xidmətlər