Top banner PC
Top banner mobil

Tədbirlərin təşkili

Xidmətlər

Konsis Azərbaycanda ən böyük tədbirlərin təşkili agentliyidir. Yerli və beynəlxalq müştərilər bizim çevikliyimiz və ən çətin layihələri həyata keçirmək qabiliyyətimizə görə bizə etimad edirlər.

16 ildir bazarın lideriyik. Biznes tədbirlər sənayesində MICE, PCO, sərgi seqmentlərinə xidmət göstəririk. Azərbaycanda yerli və beynəlxalq tədbirlərə xidmət göstərmək üçün mehmanxanalar, sənaye assosiasiyaları, konfrans məkanları ilə əməkdaşlıq edirik.

Konsis, tədbirlərin təşkili agentliyidir. Tədbir təşkilatçısı olaraq tədbirlərin bütün etaplarında iştirak edirik: konseptin yaradılması, planlama, həyata keçirmə. 2006-cı ildən bəri istər bir saatlıq bir tədbir istərsə də il ərzində silsilə tədbirlər olsun, bütün səviyyədə olan tədbirlərdə təcrübəmiz var. Yerli və beynəlxalq təşkilatlar, turism və MICE agentlikləri, dövlət qurumları ilə əməkdaşlıq edirik. Tədbirlərin təşkili üzrə peşəkar və uzun müddətli təcrübəsi olan bir çox tərəfdaşlarımız var.

Konsisin tərəfdaşları:

Otellər və digər tədbir məkanları – Konsis texniki dəstək podratçısı kimi Otel məkanları ilə əməkdaşlıq edir. Tədbir təşkilatçısı olaraq Konsisdə bizim öz audiovizual avadanlıq parkımız var və xüsusi texniki heyət fəaliyyət göstərdiyimiz otel məkanlarında tədbirlərinizin rahat keçməsinə kömək edir.

Turizm agentlikləri 

Konsis digər ölkələrdən MICE qrupları gətirən yerli səyahət agentlikləri ilə əməkdaşlıq edir. Bildiyimiz kimi Azərbaycana tur vəya MİCE görüşlər üçün gələn qruplarının iki növ ehtiyacı var.

A) Yerləşdirmə, transferlər, turlar və restoranlara dəstək. Bu xidmətlər üçün xarici agentliklər yerli turizm agentliklərinə müraciət edirlər.

B) Tədbir və texniki avadanlıq təminatı. MICE qrupunun Azərbaycana səfərinin tədbir hissəsi üçün yerli turizm agentlikləri Konsis ilə əlaqə saxlayır və biz məmnuniyyətlə belə MICE qrupları üçün tədbirlərə dəstək xidmətləri təqdim edirik.

Kreativ Agentliklər 

Bakıda və ya xaricdə fəaliyyət göstərən əksər kreativ agentliklər öz tədbirləri üçün konsept yaratmaq üçün müştərilərlə işləyir, lakin sonradan bu ideyaların həyata keçirilməsi üçün Konsis ilə əlaqə saxlayırlar. Konsisin öz istehsal gücünə malik olması tədbiriniz daha sürətli yığılması və büdcəyə komək edir.

Hökumət qurumları 

Konsis dövlət qurumlarına beynəlxalq konfransların təşkilində və digər tədbirlərin təşkili üzrə dəstək verir.

PR agentlikləri 

Konsis Bakıdakı PR agentliklərinin tərəfdaşıdır. Biz PR agentliyinin texniki partnyoruyuq və onlara tədbir vasitəsilə PR strategiyasını həyata keçirməyə kömək edirik.

Konsisin şöbələri: 

  • Kreativ şöbə
  • Biznesin inkişafı şöbəsi
  • Layihə menecerləri
  • Texniki və Audio Video təminat
  • İstehsalat emalatxanaları

Konsisin tədbirlərin təşkili üzrə xidmətləri: 

Hər bir tədbirdə tədbir təşkilatçısı olaraq ən yaxşısını etməyə çalışırıq. 

Tədbirlərin təşkilinə daxil olan xidmətlər

Tədbirlərin təşkili ilə bağlı çox verilən suallar və cavabları

Tədbirlərin təşkili dedikdə nə nəzərdə tutulur?

Tədbirlərin təşkili dedikdə tədbirlərin bütün etaplarının həyata keçirilməsi nəzərdə tutulur. Bura konseptin yaradılması, planlama, hər cür texniki təminat və həyata keçirmə daxildir. Təklif olunan xidmətlər 45 ad altında qruplaşdırılmışdır.

Tədbirlərin təşkili üzrə hansı mərhələlər var?

- Kreativ Konsepsiya Yaradılması
- Məkanın seçilməsi
- İştirakçıların qeydiyyatı
- Audio Vizual Dəstək
- Dekorasiya
- Əyləncə
- Keytrinq və furşetlərin təşkili
- Nəqliyyat və Logistika
- Sərgi stendlərinin tikilməsi
- Tədbirlər üçün personal
- Foto və Video prodakşn
Tədbirdən asılı olaraq bu mərhələlərin hər birini və ya bir qisimini sifariş vermək mümkündür.

Konsisin tədbirlərin təşkili ilə bağlı tərəfdaşları kimlərdir?

Konsis texniki dəstək podratçısı kimi çox sayda otellər və digər tədbir məkanları ilə əməkdaşlıq edirik. Bundan əlavə Turizm agentlikləri, Kreativ Agentliklər, Hökumət qurumları və PR agentlikləri ilə də əməkdaşlıq edirik. Aralarında xarici təşkilatlar da mövcuddur.

Konsis tərəfindən xarici şirkətlərin tədbirləri həyata keçirilirmi?

Bəli, yerli şirkətlərlə yanaşı hər il çox sayda xarici ölkələrə məxsus şirkət və təşkilatların tədbirlərinin də təşkilatçılığını həyata keçiririk.

Tədbirlərin təşkili ilə bağlı necə sifariş vermək olar?

Sifariş vermək üçün saytımızda Tədbirlərin təşkili bölməsində sizə lazım olan tədbirləri seçirsiz. Əlaqə səhifəsində qeyd olunmuş telefon nömrəsinə zəng edərək, votsapa və ya e-poçta yazmaqla sifarişlərinizi verə bilərsiz.

Təşkilatçılığını etdyiniz tədbirlərlə necə tanış olmaq olar?

Portfolio bölməsində təşkil etdiyimiz tədbirlərlə bağlı məlumatlar mövcuddur.