Tədbir təşkili üzrə bütün xidmətlər Konsisdə

15 illik təcrübəmizlə konfranslar, timbildinq, işgüzar əyləncələr, biznes oyunları, sərgilər, tibbi tədbirlər sahəsində bazarda liderliyimizi davam etdirməkdəyik. Hotellər, assosiasiyalar, konfrans mərkəzləri və digər parnyorlarımızla birlikdə Azərbaycanda baş tutan yerli və beynəlxalq tədbirlərin təşkilatçısı və audio-video avadanlıq təminatçısıyıq.


Virtual tədbirlər

Pandemiya dövründə resurslarımızı onlayn konfranslar, virtual tədbirlərə adaptasiya etdik. Yüzlərlə virtual konfrans, bir neçə məkanı və onlayn işrirakçıları birləşdirən hibrid görüşlər təşkil eledik. Bu konfranslarda sinxron tərcüməçilərin onlayn qoşulmasını təmin etdik. Virtual həllər ilə bağlı ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Audio-video avadanlıqların kirayəsi

Konsis Azərbaycanda ən çeşidli audio-video avadanlıq parkına malik şirkətdir. Bazamızda audio və video prodakşn, led ekranlar, studiya işıqlandırma, səhnə konstruksiyası, sinxron tərcümə avadanlığı, turlar üçün qulaqcıqlar, kompyuterlər, planşetlər daxil olmaqla yüzlərlə çeşid avadanlıq kirayə verilməkdədir. Peşəkar operatorlarımızla tədbirlərin quraşdırılması, texniki operatorluğunu tam olaraq öz komandamızla icra edirik.

Səhnə tərtibatı

Səhnə tərtibatına lazım olan mdf, laminat və digər panel məhsullar, taxta, metal, reklam məhsulları ilə bağlı bütün konstruksiyanın kəsilməsi, işlənməsi və boyanması işləri artıq öz bazamızda öz komandamız tərəfindən aparılır. Buna görə də tədbirlərin quraşdırılması zamanı operativlik təmin olunur. Xüsusilə tədbiri qurmaq üçün çox az zaman verilən hallarda 24 saat işləmək üçün bütün daxili imkanlarımızla hazırıq.

Led ekranlar, Video Prodakşn və Dataton Watchout

İnventarımızdakı P2mm led ekranlar və onu dəstəkləyən Dataton Watchout avadanlığı ilə geniş ekranlı tədbir səhnələrinin tam idarəetməsini və Blackmagic markalı mobil tv studiya və HD video kameralar ilə tədbirlərin video çəkiliş və yerində prodakşn, görüntünün internetə ötürülməsini həyata keçiririk. Böyük ekranlar və Video ilə bağlı xidmətlərimiz barədə ətraflı məlumat almaq üçün gəlin ofisimizdə görüşək və size imkanlarımızı nümayiş etdirək.

Avadanlıqların icarəsi, səhnə tərtibatı, dekorasiya və reklam məhsullarının tam siyahısı üçün KonfransMarket.az saytına daxil olun. Bu saytda hazırda tədbirlərə təqdim oluna bilən 700-dən çox məhsul vardır.

Digər şöbələrimiz ilə tanış olun

Check other services

Konsis.əyləncə

Konsis.timbildinq

Konsis.tədbirlər