İş günləri: Baz. er. - Şənbə, 09:00 - 18:00
Konsis GroupKonsis GroupKonsis Group
+99450 222 00 13
info@konsis.az
133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
Konsis GroupKonsis GroupKonsis Group
  • AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
  • Biznes oyunlar

    Timbildinq

    Biznes Oyunlar

    Əyləncəli praktik oyunun köməyi ilə komandada öyrənmə, kreativ düşünmə proseslərini sürətləndirin və biliyin uzun müddət yadda qalmasını təmin edir.

    Biznes Oyunların gedişatı

    Praktik öyrənmə proqramları və biznes oyunları real həyatın interaktiv, əyləncəli və kreativ simulyasiyalarıdır. Metafordan istifadə etməklə praktik timbildinq iş mühitindən təhlükəsizlik məsafəsi yaradır. Onlar interaktiv olmaqla iştirakçılardan əvvəlkə təcrübələrindən, həmçinin, kreativ düşünmə qabiliyyətindən istifadə etmələrini tələb edən praktik tapşırıqlar təqdim etməklə uzunmüddətli nəticələr üçün sinirlər arasındakı əlaqələri gücləndirir. Biznes oyunları məşq, problemlərin həll edilməsi və qərarların qəbul edilməsi prosesləri vasitəsilə xüsusi təlim nəticələrinə diqqət ayırmaq üçün nəzərdə tutulmuşdur. Bu addımlar öyrənmə prosesini sürətləndirir və biliklərin daha uzun müddət yadda qalmasına şərait yaradır.
    İştirakçılar hər bir şəxsin rolunun vacib olduğu komanda şəklində işləməyə ruhlanırlar. Bu, komanda işini təşviq edir, komanda üzvlərinin fəallığı və motivasiyasını artırır. Bununla, təlim nəticələrinin həqiqi olması və komanda üzvləri arasında bölünməsi təmin edilir. Bu cür rahat öyrənmə mühitində fərdlər və komandalar eksperimentdə iştirak edə və risk götürə bilirlər. Səhvlərin olması qaçınılmazdır, ancaq onlar öyrənmə prosesinin dəyərli hissəsidir.

    Nəticə

    Nəticələrin gözdən keçirilməsi və fikirlərin ifadə olunmasını təşviq edən məruzə sessiyası praktik öyrənmə prosesi üçün şərtdir. Tədqiqat göstərir ki, praktik təcrübələri mücərrəd konsepsiyalarla birləşdirməklə və daha sonra nəticələri təhlil etməklə iştirakçılar beynin daha çox nahiyəsindən istifadə edir, öyrənmə prosesi ilə həqiqi və şəxsi əlaqələr yaradırlar. Onlar komandalarının nəticələrini və ayrı-ayrı hərəkətlərin nəticəyə necə təsir etməsini təhlil edir, öz hərəkətlərini başqalarının hərəkətləri ilə müqayisə edirlər. Bu təhlil onların öyrənilmiş konsepsiyaların digər fərqli şəraitlərə tətbiq olunması qaydasını daha yaxşı başa düşməsinə kömək edir.

    Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

    Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

    İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

    Biz kimik?

    ✅ Şirkətimizin şöbə sayı: 14+
    ✅ Komanda üzvü sayı: 70+
    ✅ Tamamlanmış işlər: 1000+
    ✅ Müştəri rəyləri: 100+

    Dostlarınla paylaş

    Share on whatsapp
    WhatsApp
    Share on facebook
    Facebook
    Share on telegram
    Telegram
    Share on twitter
    Twitter
    Share on linkedin
    LinkedIn
    Share on skype
    Skype
    Share on email
    Email

    Portfolio

    Əlaqə üçün

      Sifariş göndər

      Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq