Top banner PC
Top banner mobil
İş günləri: Baz. er. - Şənbə, 09:00 - 18:00
Konsis GroupKonsis GroupKonsis Group
+99450 222 00 13
info@konsis.az
133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
  • AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
  • Texnoloji oyunlar

    Timbildinq

    Texnoloji oyunlar

     Texnologiyadan istifadə edilməsi iştirakçıların tam cəlb olunması, ruhlandırılması və öyrəndiklərini praktikada daha yaxşı tətbiq etməsinə kömək edə bilər.

    Oyunun mahiyyəti və gedişatı

    Texnologiya timbildinq fəaliyyətlərinə iştirakçıları cəlb etməkdən daha çox onlara imkanlar yaradır. Texnologiyaya əsaslanan timbildinq fəaliyyətləri texnologiyanın verdiyi rahatlığın köməyi ilə əməkdaşlıq, effektiv ünsiyyət, kreativ düşüncə və problemlərin həll edilməsi kimi ənənəvi timbildinq proqramlarının eyni nəticələrini təşviq edir. Dəfinə axtarışlarında xəritə əvəzinə GPS-dən, viktorinalar zamanı kağız əvəzinə planşetdən istifadə edilir və ən əsası isə xalların real zaman çərçivəsində hesablanmasına şərait yaranır (gözləmək tələb olunmur). Onlar interaktiv xəritə tərtibatı, təsvirlərin tanınması texnologiyası, təsvir və videoların yüklənməsi, komandalar arasında söhbət və digər yeni və heyrətamiz funksiyaların əlavə edilməsinə imkan yaradıblar.

    Uğurlarımız

    “Catalyst” şirkətində biz müxtəlif mükafatlara layiq görülmüş, texnologiyaya əsaslanan bir neçə timbildinq fəaliyyətinə sahibik. “Go Team” öz nəticə və tələblərinizə uyğunlaşdıra biləcəyiniz qapalı və açıq hava timbildinq fəaliyyətlərini seçmək üçün platformadır. Unikal dizayna malik dəfinə axtarışları, “scavenger hunts” oyunu, qaçış oyunları, sosial məsuliyyət proqramları, öyrənmə və inkişaf tətbiqləri və s. kimi hər situasiyaya uyğun seçimlər mövcuddur. “Quickfire” mükafat qazanmaq üçün iştirakçıların riskə getdiyi müxtəlif timbildinq fəaliyyətlərini əhatə edən texnoloji platformadır. Müxtəlif mövzulara, fərqli çətinlik səviyyələrinə malik olan və tələblərinizə uyğunlaşdırıla bilən çoxsaylı zehni, fiziki və kreativ tapşırıqlar hər bir situasiyaya uyğundur.

    Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

    Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

    İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

    Biz kimik?

    ✅ Şirkətimizin şöbə sayı: 14+
    ✅ Komanda üzvü sayı: 70+
    ✅ Tamamlanmış işlər: 1000+
    ✅ Müştəri rəyləri: 100+

    Dostlarınla paylaş

    Share on whatsapp
    WhatsApp
    Share on facebook
    Facebook
    Share on telegram
    Telegram
    Share on twitter
    Twitter
    Share on linkedin
    LinkedIn
    Share on skype
    Skype
    Share on email
    Email

    Portfolio

    Əlaqə üçün

      Sifariş göndər

      Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq