Top banner PC
Top banner mobil

Foto və Video Çəkiliş

Xidmətlər

Foto və Video Çəkiliş yerinə yetirdiyimiz peşəkar xidmətlərdəndir

Video çarxların hazırlanması müxtəlif üsullarla, məsələn, bədii bacarıqların işə salınması, reportaj çəkilişinin köməyi həyata keçirilə bilər; çəkilmiş materialdan əldə edilmiş videonun peşəkar montajı isə bu prosesi tamamlayan cizgilərdir.

Konsis şirkətinin mütəxəssisləri müxtəlif istiqamətlərdə fotovideo çəkilişlərini həyata keçirirlər. Bizim şirkətlər üçün video və foto xidmətlərimiz aşağıdakılardan ibarətdir: konfransların, seminarların, mühazirələrin, master-klass dərslərinin, özəl tədbirlərin çəkilişi yalnız yaddaşlarda deyil, həm də foto və video materiallarda qalacaq. Tədbir haqqındakı foto və video hesabatla yanaşı siz həmçinin təqdim olunmuş hazır foto və video materiallardan gələcək iş prosesində, xüsusilə potensial və ya mövcud müştərilərlə ünsiyyət əsnasında istifadə edə bilərsiniz.
Çoxkameralı videoçəkiliş: çoxsaylı qonaqların iştirakı ilə iri miqyaslı tədbir planlaşdırılırsa, ən optimal variant çoxkameralı videoçəkilişdir. Peşəkarlıqla koordinasiya edilmiş iş prosesi sayəsində videooperatorlarımız tədbirin ən maraqlı və parlaq məqamlarını əks etdirə biləcəklər.
Reportaj videoçəkilişi: Belə hesab edirlər ki, videooperator yalnız təntənəli ailə tədbirlərinə – toylara, ad günlərinə, toy yubileylərinə dəvət olunur. Lakin reportaj çəkilişi yalnız bunun üçün lazım olmur. Aşağıda belə bir çəkilişdən istifadə edilməsi sahələrinin yalnız bir neçəsi ayırd edilir.
Korporativ tədbirlərin və ya ailə şənliklərinin videoçəkilişi: Video hesabat. Bu hesabat sifarişçilərə pulun hara və necə xərcləndiyini göstərir, sənədləşdirilmiş sübuta çevrilir.

Təqdimat: Bu və ya digər şirkətin, markanın, xidmətin, məhsulun reklamına imkan yaradır.

Reklam video çəkiliş işləri: çəkilmiş videoçarxlardan reklam materialları hazırlamaq mümkündür.


Korporativ video və foto çəkiliş: Korporativ foto və video çəkilişlərini peşəkarlara etibar edin və sizin foto və ya videomaterial seçimi ilə bağlı probleminiz olmayacaq.

Biz təklif edirik:

✅ Korporativ tədbirlərin müşayiət edilməsi;
✅ İşgüzar tədbirlərdə və sərgilərdə fotoçəkiliş;
✅ İşgüzar tədbirlərdə və sərgilərdə videoçəkiliş;
✅ Ailə şənliklərinin foto-video çəkilişi;
✅ Səhnələşdirilmiş toy videosu;
✅ Reportaj çəkilişi;
✅ Model portfoliosu;
✅ Videoçəkilişlə müşayiət.

Sifarişinizin dəqiq qiymətini hesablaya bilmək üçün saytımızda Bizimlə əlaqə anket formasını doldura və ya telefonla bizə zəng edə bilərsiniz. Anket formasını göndərdikdən sonra, tezliklə sifarişinizin məbləği sizə göndəriləcək.

Foto və Video Çəkilişlər üzrə xidmətlər