İş günləri: Baz. er. - Şənbə, 09:00 - 18:00
Konsis GroupKonsis GroupKonsis Group
+99450 222 00 13
info@konsis.az
133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
Konsis GroupKonsis GroupKonsis Group
  • AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
  • Tez-tez verilən suallar və cavabları

    FAQ

    Xidmətlərimiz haqqında daha çox verilən suallar və cavabları

    Müştərilərimizin verdiyi bütün əsas suallar və cavabları burda əks olunmuşdur. Əgər sualınızın cavabı burda yoxdursa onu bizə yazın və ya əlaqə saxlayın. 

    Konsis komandası dörd əsas prinsipə görə ən yaxşı tədbir təşkilatı şirkətidir:

    1. 16 il təcrübə - 2006-cı ildə yaradılmış Konsis Azərbaycanda turizm və qonaqpərvərlik sənayesinin inkişafının bütün mərhələlərini yaşamışdır.
    2. Rəhbərlik işinin başındadır - Konsisin rəhbərliyi tam vaxtını şirkətin layihələrinə həsr edir. Şəxsən ticarət yarmarkalarında, sənaye görüşlərində iştirak edir və gündəlik tədbirlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Konsisdən başqa, bu sahədə işləyən şirkətlərin sahibləri və ya rəhbərləri üçün bu iş ikinci işdir. Onların əsas biznesi müxtəlif sahələrdədir: biri restoran açıb, biri reklam biznesi ilə məşğuldur, biri dövlət qurumunda tam ştatlı işləyir, digəri aptek işlədir.
    3. Layihə menecerləri - Biz bütün müştərilərə layihə menecerləri təyin edirik və layihənin həyata keçirilməsinin bütün mərhələlərində keyfiyyətə nəzarət edirik. Konsisdən başqa heç bir rəqib şirkətdə layihə meneceri, texniki komandanın rəhbəri, istehsalat meneceri vəzifələri yoxdur.
    4. Tədbirlər sahəsində ən böyük komanda - Şirkət qurulandan bəri bizimlə olan işçilər indi dəbizimlədir. Bu gün 70 tam ştatlı işçi heyəti və 100-dən çox komanda üzvü və sərbəst işçi heyəti ilə biz Azərbaycanda tədbirlər üzrə ən böyük tərəfdaşınızıq. Layihə idarəçiliyi, yaradıcılıq, incəsənət, audio-video, əyləncə, timbildinq şöbələrimiz ilə ən geniş strukturlu şirkətik.

    Led ekranların müxtəlif parametrlərindən asılı olaraq onlara hansı məsafədən baxılması təyin edilir. Adətən hər 1mm ekran piksel ölçüsü üçün 1 metr baxış məsafəsi minimal olaraq tələb olunur. Məsələn: P2.6mm ekranlar üçün minimal baxış məsafəsi 2.6 metrdir. P4.8mm ekranlar üçün bu məsafə 4.8 metrdir.

    Konfrans və forumlarda fərqli dillərdə danışan iştirakçılar olduqda sinxron tərcümə istifadə olunur. Sinxron tərcümə sistemi tərcüməçinin səsini qonaqlara simsiz texnologiya ilə ötürən avadanlıqdır. Tərcüməni dinləmək üçün iştirakçılara qulaqcıqlar paylanır. Tədbirin qeydiyyat zonasında qurulan xüsusi paylama masasında nömrələnmiş qulaqcıqlar sənədli paylama sistemi ilə iştirakçılara təqdim olunur. 15-20 nəfərlik kiçik tədbirlərdə sənəd tələb olunmaya bilər amma boyük tədbirlərdə adətən iştirakçılar sənəd təqdim etmək surətiylə qulaqcıq götürərək zala daxil olurlar.

    P2.6 Led Ekran - Daxili məkan üçün P2.6 led ekranlar. Bu, indiyə qədər Azərbaycanda icarəyə verilən ən yaxşı LED ekrandır. P2 ekranlar nə istədiyini bilən, işinə qarşı həssas müştərilər üçündür. Biz bu ekranları avtomobil salonlarında, elmi və tibbi konfranslarda, məhsul təqdimatlarında, sərgilərdə və hibrid tədbirlərdə quraşdırırıq.

    P3.9 Led Ekran - Daxili və açıq məkanlar üçün led ekranlar. Bu ekranlar demək olar ki, istənilən tədbirdə istifadə olunur. Led ekranın 40 kvadratmetrdən çox olduğu böyük ekranlı tədbirlərdə P3.9 piksel diapazonlu ekranlardan istifadə edirik. Bu piksel diapazonlu ekranları xüsusilə Dataton Watchout kimi Multimedia Server istifadə olunduqda istifadə edirik..

    P4.8 Led Ekran - Daxili və açıq məkanlar üçün led ekranlar. Bu ekranlar əsasən açıq havada istifadə olunur. İzləyicilər və ekran arasındakı məsafə bu piksel diapazonu üçün kifayət qədər uyğun olduqda biz onları daxili məkanda istifadə edirik. Etibarlı və özünü isbat etmiş bu ekranlar bu gün də geniş istifadə olunur.

    Konfranslarda səhnə qurulur və led ekran səhnəyə arxa fon içində vəya müstəqil olaraq qoyulur. Səhnənin dərinliyi ortalama 3 metr, səhnənin pilləkənləri 1 metr, pilləkənlərdən sonra isə iştirakçıların oturduğu ilk cərgəyə qədər ortalama 2 metr məsafə buraxıldığını hesablaya bilərik. Bunların toplamı led ekran ilə ilk cərgədəki iştirakçılar arasındakı məsafəni 6 metrə yaxınlaşdırır. Bu məsafə hazırda tədbirlərdə qurulan led ekranların texniki parametrlərini nəzərə aldıqda kifayət məsafədir. Tədbir təşkilatçısı və ya tədbirinizin texniki şirkətinə led ekran və iştirakçılar arasındakı məsafəni 6 metr buraxmasını söyləməyiniz kifayət edəcəkdir ki, iştirakçılarınız üçün zövqlü baxış məsafəsi yaradılsın.

    Sualınıza cavab tapa bilmədiniz?

    O zaman sualı bizə yazın. Ən qısa zamanda sualınız cavablandırılacaq.

    Baş ofis ünvanımız:

    SAT Plaza, 10-cu mərtəbə, 133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan

    Zəng üçün:

    +99450 222 00 13

    Elektron poçtumuz:

    info@konsis.az