Top banner PC
Top banner mobil

Ardıcıl Tərcümə

Tərcümə

Ardıcıl tərcümə

Ardıcıl tərcümə daha populyar olan şifahi tərcümə növlərindən biridir. Ardıcıl tərcümədə tərcüməçi məruzəçinin söylədiyi müəyyən nitq parçasını əvvəlcə eşidir, məruzəçi nitqini tamamladıqdan sonra isə həmin parçanı olduğu kimi digər dilə çevirir. Ardıcıl tərcümə zamanı adətən çıxışçı 1-5 dəqiqədən bir fasilə verir,mətnin tərcüməsi üçün şərait yaradır. Bəzi hallarda bu vaxt 10-15 dəqiqəyə kimi uzana bilər. Bu zaman tərcüməçi özü üçün qeydlər götürür. Biznes görüşlər və tədbirlər zamanı belə hallar da olur ki çıxışçı fasiləsiz olaraq uzun müddət danışır, sonra tərcümə üçün dilmanca üz tutur. Tərcüməçinin məzmunu yadda saxlamaq üçün yaddaşı kifayət qədər yükləndikdə məruzəçidən dayanmağı xahiş edə bilər.

Ardıcıl tərcümə nədir?

Ardıcıl tərcümə xidməti də özü-özlüyündə biznes görüşlər və rəsmi görüşlər formasında olur. Ardıcıl tərcümənin biznes görüşlər formasından şirkət rəhbərlərinin görüşlərində,kiçik təlimlərdə və ya kiçik açılış mərasimlərində istifadə olunur. Ardıcıl tərcümənin rəsmi formasından isə əsasən, dövlət orqanlarının, dövlət işçilərinın və fərdi şəxslərin müzakirələri, danışıqları zamanı istifadə olunur ki, burada tərcüməçinin nitqi daha rəsmi və publisistik danışıq dilində olur.

Ardıcıl tərcümənin digər bir növüdə admin tərcümədir. Admin tərcümə zamanı tərcüməçi bir və ya iki şəxsin yanında oturaraq alçaq səslə danışan məruzəçinin dediklərini tərcümə edir. Tədbirdə dili anlamayan 1 və ya 2 tərcüməçi varsa, administrativ tərcümə digər iştirakçıların fikirini yayındırmadan və tədbirin reqlamentini pozmadan tərcümənin həyata keçirilməsinə şərait yaradır.
Bu növ tərcümə əsasən görüşlər, danışıqlar, müzakirələr, məşğələ və təqdimatlar zamanı tərbiq olunur.
Digər tərcümə növləri kimi, ardıcıl tərcümənin də sahələr üzrə xüsusi tərcüməçiləri olur ki, tədbirin aid olduğu sahədən asılı olaraq tədbirlər üçün tərcüməçilər təyin edirik.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq