Top banner PC
Top banner mobil

Yazılı Tərcümə

Tərcümə

Yazılı tərcümə

Yazılı tərcümə bir dildə tərtib olunmuş müəyyən mətni başqa dildə məhsul mətninə çevirmək, mənaları düzgün çatdırmaq və “mənbə kodu”nun strukturunu qorumaq sənətidir.

Yazılı tərcümənin növləri

Yazılı tərcümələr aşağıdakı kateqoriyalara bölünür: tibbi tərcümə, maliyyə tərcüməsi, texniki tərcümə, elmi tərcümə, hüquqi tərcümə, neft və qaz tərcüməsi, vebsayt tərcüməsi. Həmçinin yazılı tərcümələrə ümumiləşdirilmiş mövzular, iqlim, heyvanlar, təbiət mövzusunda tərcümələr daxildir. Bu kateqoriyaların hər biri özlüyündə tərcümənin böyük bir qoludur. Yazılı tərcümələrdə tərcümənin aparıldığı konkret sahədə dəqiqlik və bilik çox önəmlidir. Məsələn, tibbi bilik olmadan tərcüməçi mürəkkəb tibbi terminləri düzgün tərcümə edə bilməyəcək və bu da öz növbəsində mətnin mənasını kökündən dəyişəcək. Yaxud, məsələn, hüquqi mətnlərin tərcüməsində hər hansı bir səhv böyük problemlərə yol aça bilər. Yazılı tərcümə sahəsini tam başa düşmək lazımdır. Tərcümə prosesi mətnin üslubunun müəyyən edilməsi ilə başlayır. Bundan sonra konkret sahə üzrə ixtisaslaşmış tərcüməçi təyin edilir, lazım gəldikdə terminlər lüğəti tərtib edilir və sonra tərcümə həyata keçirilir. Konsis şirkəti ən yaxşı mütəxəssisləri təqdim etməklə Sizi yüksək keyfiyyətli tərcümə ilə təmin edəcəkdir. 20 illik təcrübəmiz əsasında biz geniş mütəxəssis bazasına sahib olmuşuq, bu da bizə düzgün mütəxəssis seçmək imkanı verir.
Tərcümə başa çatdıqdan sonra redaktor mətni yoxlayır, bütün kiçik qüsurları düzəldir. Mətn uyğunsuzluqların və sürüşmələrin olmaması üçün orijinal formata uyğunlaşdırılır. Qiymətləndirmə söz sayı ilə hesablanır. Tərcümə bitdikdən sonra, biz sifarişçiyə dəqiq söz sayını və ona müvafiq qiyməti deyirik. Bizim şirkətin üstünlüyü operativ olmağımızdır. Sifarişçinin hər bir şərtinə tez reaksiya göstəririk və söz verdiyimiz vaxtda işi təhvil veririk. Bir sözlə bizi seçərək siz keyfiyyəti qısa vaxt ərzində seçmiş olursunuz. “

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq