Top banner PC
Top banner mobil
İş günləri: Baz. er. - Şənbə, 09:00 - 18:00
Konsis GroupKonsis GroupKonsis Group
+99450 222 00 13
info@konsis.az
133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
  • AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
  • Sinxron Tərcümə

    Tərcümə

    Sinxron tərcümə

    Beynalxalq tədbirlərin, işgüzar görüşlərin və önəmli hissəsi sinxron tərcümədir.
    İctimai, siyasi və iqtisadi əlaqələr inkişaf etdikcə sinxron tərcüməçilərə daha çox ehtiyac duyulur. Ölkəmizdə tez tez keçirilən beynəlxalq tədbirlər, iş adamlarının gəlməsi bu peşənin mühümlüyünü artırır. Şirkətimiz sizə görüşləriniz, sərgiləriniz, təqdimat və digər tədbirləriniz üçün peşəkar dilmanclar (sinxron tərcüməçilər) təklif edir. Peşəkar tərcüməçilərimizin bu çətin tapşırığın öhdəsindən müvəffəqiyyətlə gələcəyini əminliklə deyə bilərik.

    Sinxron tərcümə nədir?

    «Sinxron tərcümə» nə deməkdir və sadə «şifahi ardıcıl tərcümədən» nə ilə fərqlənir? Sinxron tərcümə – tərcümənin ən çox zəhmət tələb edən növüdür, burada həm insan zəhməti, həm də texniki vasitələr tələb olunur.Bu şifahi tərcümənin xüsusi növüdür, burada tərcüməçi tərcüməni danışanın nitqi ilə eyni zamanda həyata keçirir.
    Bu zaman tərcüməçinin tərcüməni müvəffəqiyyətlə həyata keçirməsi üçün danışanın məruzəsində pauzalar etməsinə ehtiyac yoxdur.
    Ona görə də məruzə, məlumat fasiləsiz səslənir, bu da qulaq asan auditoriyanın diqqətini saxlamağa, onun «ruhunu» hiss etməyə dil daşıyıcısı olmayan tədbir iştirakçılarının mərüzəyə daha tez reaksiya verməyə və tədbirin keyfiyyətini artırmağa kömək edir.
    Tərcümənin həmin növü çoxlu sayda insanların iştirakı ilə miqyaslı tədbirlərin keçirilməsi zamanı tətbiq edilir, bir qayda olaraq böyük konfrans zallarında və ya auditoriyalarda adi şifahi tərcüməçinin nitqi ya eşidilmir, ya da tədbirin statusu məhz sinxron tərcümənin tətbiqini tələb edir.
    Sinxron tərcümənin həyata keçirilməsi zamanı tərcüməçilərin «dəyişilməsi» çox vacibdir, belə ki, uzun müddətli iş zamanı sinxronist tez yorulur, bu da sağlamlıq üçün çox təhlükəlidir.Ona görə də sinxron tərcümənin həyata keçirilməsi zamanı tərcüməçilər dəyişilməlidir.
    Ənənəvi sinxron tərcümələr 2020-ci ildən etibarən (pandemiya səbəbindən) formatını dəyişməyə başlamışdır. Zoom, hibrid və digər internet platformaların verdiyi texniki həllər sayəsində konfransların, forumların və digər tədbirlərin keçirilməsi üçün artıq tərcüməçinin harada olması heç bir önəm daşımır.

    Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

    Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

    İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

    Biz kimik?

    ✅ Şirkətimizin şöbə sayı: 14+
    ✅ Komanda üzvü sayı: 70+
    ✅ Tamamlanmış işlər: 1000+
    ✅ Müştəri rəyləri: 100+

    Dostlarınla paylaş

    Share on whatsapp
    WhatsApp
    Share on facebook
    Facebook
    Share on telegram
    Telegram
    Share on twitter
    Twitter
    Share on linkedin
    LinkedIn
    Share on skype
    Skype
    Share on email
    Email

    Portfolio

    Əlaqə üçün

      Sifariş göndər

      Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq