Siz bizə tədbir ideyanızı deyirsiniz. Biz sizin komandanızdan əlavə lazımlı informasiyanı alırıq. Kreativ konsepsiya işləyib hazırlayırıq. Tədbirin afişasını yaradırıq. Bütün lazımi qrafik dizayn elementlərini hazırlayırıq.
Konsis Tədbirlər şöbəmizdə iki növ müştərimiz var:
Birinci qrup müştərilərin öz tədbir konsepti və dizayn paketi hazır şəkildə bizə müraciət edir. Konsis bu tip tədbirlərdə texniki tərəfdaşı qismində işləyərək, audio video avadanlıqlar və istehsal dəstəyi təqdim edir.
İkinci qrup müştərilərin öz konsepsiyası və dizaynı yoxdur, onlar öz tədbirləri üçün kreativ konsepsiyanın yaradılmasını Konsisə tapşırır. Konsisin yaradıcı komandası işə cəlb olunur. Tədbirinizin yaradıcı konsepsiyasının yaradılmasında Konsis ilə işləməyin faydası ondan ibarətdir ki, biz audio video avadanlıq və istehsal, promo materiallarının bazarda mövcudluğunu başa düşürük və büdcəyə uyğun və reallaşdırılması çətin olmayan mümkün konsepsiyalar yaratmağı tövsiyə edə bilərik.
Tədbirə hazırlıq görərkən, ən erkən mərhələdə bizə zəng edin. Bizim üçün fərqi yoxdur kreativ məzmunu bizətapşırırsınız və ya sizin kreativ agentliyinizlə işləyirik, mümkün qədər tez bizə zəng edin ki, düzgün istiqamətdə getməyə kömək edək.