Top banner PC
Top banner mobil

Korporativ tədbirlərin dekorasiyası

Dekorasiya

Korporativ tədbirlərin dekorasiyası

Konsis dekorasiya komandası tədbir məkanınızı korporativ tədbirinizin ideyası ətrafında heyrətamiz dekorasiya ilə bəzəyəcək. Zalın dekorasiyası sizin tədbirin ana mövsuzu ətrafında düşünüləcək və sizin korporativ stili tamamlayan tərzdə olacaq.

Korporativ dekorasiyaya floristika, masa dekorasiyası, divar bəzəkləri, tavan elementləri, rəqs meydançası daxildir. İşıqlandırma effektləri tədbirinizi növbəti səviyyəyə aparacaq.

Konsis ilə işləməyin üstünlüklərindən biri odur ki, dekorasiya, işıqlandırma, ağac emalı, boya işləri emalatxanalarımız, səs, video və elektrik işləri komandaları şirkətimizin daxili şöbələridir və tədbiriniz üçün əl-ələ verərək işləyə bilərlər. Siz sadəcə Konsisdən sizə təyin edilmiş bir layihə meneceri ilə bütün işlərinizi görə biləcəksiniz.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq