Top banner PC
Top banner mobil

Montaj

Foto və Video çəkiliş

Montaj xidməti

Videonun montajı videoyazıların peşəkar şəkildə emal edilməsini və işlənməsini nəzərdə tutur. Montajın köməyi ilə “çiy” materialdan TV-də və ya kompüter monitorunun arxasında baxmaq üçün rahat video formatı yaratmaq, klipin, filmin təkrar montajını yerinə yetirmək mümkündür. Videonun montajı videoyazıların peşəkar şəkildə emal edilməsini və işlənməsini nəzərdə tutur. Onun köməyi ilə “çiy” materialdan TV-də və ya kompüter monitorunun arxasında baxmaq üçün rahat video formatı yaratmaq, klipin, filmin təkrar montajını yerinə yetirmək mümkündür.

İndi artıq texniki cəhətdən keyfiyyətli videonu smartfonun köməyilə də çəkmək mümkündür, amma videonu keyfiyyətli hala gətirmək üçün (titrlər, musiqi qoymaq, kadrları düzgün kəsmək) telefonun imkanları hələ yetərli deyil. Şirkətimiz video istehsalının tam prosesini yerinə yetirir – videoçəkilişdən tutmuş videokoverlərin tərtibatına qədər, o cümlədən həm həvəskar, həm də peşəkar materiallardan videomontaj işlərini həyata keçirir.

Peşəkar videomontajın xüsusiyyətləri:

Studiyamız tərəfindən təklif edilən videomontaj işləri video istehsalı prosesinin bütün qaydaları üzrə – videonun miqyasına, hərəkətliliyinə və rənginə riayət edilməklə həyata keçirilir. Rəng korreksiyası, post-prodakşn və hazır video avtorinqi üçün müasir alətlərdən və proqramlardan istifadə olunur. Qeyri-peşəkar videolar üçün lazım olan kadrlar, musiqilər, titrlər göstərilməklə, videomontaj planı tərtib edilir.

Videonun işlənilməsi bir neçə mərhələdən ibarətdir:

  • Hazırlıq (materialların nəzərdən keçirilməsi və rəqəmsallaşdırılması);
  • Ssenari əsasında prosesin planının yazılması;
  • Video üçün musiqi seçimi, titrlərin hazırlanması, əlavə materialların seçilməsi;
  • Diktor tərəfindən mətnin səsləndirilməsi və oxunması;
  • Videomontaj prosesi;
  • 2D, 3D qrafikasının hazırlanması və tətbiq edilməsi;
  • Rəng korreksiyası, titrlərin yerləşdirilməsi;
  • Hazır videoçarxın və ya filmin təhvil verilməsi.

Bəzi mərhələlər materialın mürəkkəbliyindən və tapşırıqdan asılı olaraq, birləşdirilə və ya əksinə genişləndirilə bilər.

Şirkətimizin peşəkarları müasir avadanlıqların köməyi ilə videoları yüksək səviyyədə montaj edirlər. Bu yaradıcı və texniki prosesdir. Nəticədə, dinamik və tamaşaçı üçün maraqlı olan təsvir əldə edilir. Videoya səs və əlavə effektlər əlavə edilir. Nəticədə, yekun videomaterial bir neçə dəqiqəlik və ya daha böyük videoya yerləşdirilir.

Videoların aşağıdakı istiqamətlər üzrə montajında böyük təcrübəmiz var:

  • Event-tədbirlər;
  • Bayramlar;
  • Videobloqlar;
  • Müsahibələr, reportaj çəkilişləri;
  • Biznes, şirkət, şəxsi brend haqqında video.

Sizə həyatınızda baş verən əhəmiyyətli anları yadda saxlamağa, biznesinizin və ya məhsulunuzun ən yaxşı cəhətlərini göstərməyə imkan verən əla keyfiyyətli videoların çəkilişini təklif edirik.

 

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq