“KONSİS” Group olaraq bizim başlıca məqsədimiz mövcud yerli və beynəlxalq tələblər əsasında layihələrimizin icra fəaliyyəti zamanı insanların sağlamlığına və əmlakına, avadanlıqlara, ətraf mühitə həmçinin fəaliyyətimizin təsiri altında qala biləcək üzvlərinə ziyan vurmadan bu sahədə təhlükəsiz iş mühiti yaratmaqdır.
Biz qərarlıyıq:
- SƏTƏM siyasətinin həyata keçirilməsi və ətraf mühitin mühafizəsi, insanların və əmlakın sağlamlığı, rifahı və təhlükəsizliyinin təmin edilməsi;
- Əməliyyatlarımızı ISO45001 və ISO14001 standartlarına uyğun yerinə yetirmək, beynəlxalq səviyyədə tanınmış əməyin mühafizəsi, təhlükəsizlik idarəetmə təcrübələri və ətraf mühitin idarə edilməsi sistemlərinə sadiqliyimizi nümayiş etdirmək;
- İnkişaf və işin icrasının ölçü götürülməsi, qiymətləndirilməsi və hesabatı üçün standartların qəbul olunması ilə SƏTƏM-in digər mühüm fəaliyyətlər kimi idarə olunması;
- Baş verən bütün hadisələr barədə müvafiq qaydada məruzə etmək, araşdırma və qeydiyyat aparmaq və təkrar baş vermasinin qarşısını almaq üçün baş verən hadisələrdən çıxarılan nəticələri bölüşmək;
- SƏTƏM performansımızı daim yaxşılaşdırmaq üçün sağlamlıq, təhlükəsizlik və ətraf mühitin (SƏTƏM) idarə olunmasına sistemli yanaşmanın təmin edilməsi;
- Potensial təhlükələri proqnozlaşdırıb, azaltmaq üçün dizayn mərhələsində təhlükəsizlik prinsiplərini tətbiq etmək;
- Bütün qəza-xilasetmə, yanğınsöndürmə və təhlükəsizlik baxımından son dərəcə vacib olan avadanlıqların qanuni tələblərə və istehsalçıların tövsiyələrinə uyğun olaraq müntəzəm monitorinqini, yoxlanılmasını və texniki qulluğunu təmin etmək;
- Audit, yoxlama və hadisələrin tədqiqatı, eləcə də digər mənbələrlə müəyyənləşdirilmiş bütün SƏTƏM çatışmazlıqları və uyğunsuzluqlarının vaxtında azaldılması;
- İş yerindəki sağlamlıq və təhlükəsizlik risklərini idarə etməklə qəzaların və peşə xəstəliklərinin qarşısının alınması;
- “Sənayedə ən yaxşı” SƏTƏM təcrübələrinin təşviq edilməsi
- Hər kəsin bu siyasətin həyata keçirilməsinə kömək edə biləcəyi bir mədəniyyətin dəstəklənməsi;
- Sənayemizdə SƏTƏM standartlarını yüksəltmək üçün tərəflər, tələbələr, işçilər, tərəfdaşlar, nizamlayıcılar, qonşular, təchizatçılar və podratçılarımızla birgə fəaliyyət göstərilməsi;
Bu tələblərə uyğun olaraq, biz öhdəsindən gələcəyik:
- Böyük Britaniya standartlarına əsaslanmış risk əsaslı vahid SƏTƏM idarəetmə sisteminin həyata keçirilməsi;
- Tətbiq olunan bütün yerli qanunlara və qəbul etdiyimiz digər könüllü standartlarına tam riayət edilməsi;
- Davamlı inkişaf üçün məqsəd və hədəflərin təyin edilməsi və fəaliyyətimizin nəzərdən keçirilməsi, qiymətləndirilməsi və hesabat verilməsi;
- İşçilərimizin və köməkçi asistentlərimizin hər birinin müəssisəmizdə təhlükəsiz iş və sağlam ətraf mühit yaratma və buna əməl etməsinin tələb edilməsi.
Məqsədimiz heç bir qəzaya, insanların zədələnməsinə səbəb olmayan və təbiətə zərər vurmayan sağlam, əmin və təhlükəsiz əməliyyatlardır.