Top banner PC
Top banner mobil

Beat the Box – Unikal Timbildinq Oyunu

Beat the Box Konsis – Group-dan iştirakçıların məntiqi təfəkkürünü və komandada işləmək bacarığını yoxlamaq üçün unikal timbildinq oyunudur

İlk dəqiqələrdən aydın olur ki, bu timbildinq müasir oyunlardan yararlanmaq üçün nəzərdə tutulub. Və bu, iştirakçıların ciddi şəkildə oyuna cəlb olunmalarını və gözəl vaxt keçirmələrini təmin edir. Məhdud vaxt rəqabətə həyəcan qatır.

Kiçik komandalara bölünən qruplar qaçış formatlı oyunlara aid müxtəlif məsələləri həll edəcəklər. Bu məsələləri ardıcıllıqla həll etmək lazımdır və təbii ki, hər mərhələdə çətilnik səviyyəsi yüksələcək. Oyunun son məqsədi vaxtı dayandıran sirli cümləni tapmaqdır.

Beat the Box Тимбилдинг Ящик Пандоры

2012-ci ildən bəri otaqdan qaçış formatlı oyunlar getdikcə populyarlaşır və bu konsepsiya timbildinq tədbirləri üçün daha çox istifadə olunur. Digər oyunlardan fərqli olaraq, Beat the Box oyunu istənilən yerdə, məsələn, iclas otağında, ofisdə, restoranda oynana bilər. Həmçinin böyük və ya kiçik qruplardan asılı olmayaraq keçirilə bilər.

Beat the Box – bütün komanda üzvlərinin tam iştirakını tələb edən əyləncəli bir oyundur. Müxtəlif tapşırıqlar mümkün qədər komandada yaradıcılığı təkmilləşdirməyə kömək edir.

Nəticədə, bütün komandalar ipiuçları birləşdirmək və düzgün kodu tapmaq üçün birlikdə işləyirlər. Burada əsas element komanda işidir. Beat the Box korporativ tədbirlərə və konfranslara əyləncəli və maraqlı oyunlar gətirmək üçün əla yoldur.

Beat the Box oyununun təsviri

Oyun qapalı məkanda keçirilir, burada komandalara məhdud vaxt verilir  və onlar sayğacda geri sayımı dayandıran xüsusi kodu tapmalıdırlar. Otaqdakı yeganə əşyalar qapalı alüminium qutulardır. Bu qutuların içərisində kodlar və tapmacalar olan daha kiçik qutular var.

Son qutuda hərflər var. Hərfləri düzgün ardıcıllıqla yerləşdikdə, gizli cümlə əmələ gələcək. Bunun sayəsində parol müəyyən ediləcək, geri sayım dayanacaq və oyun başa çatacaq. Bu timbildinq komandanı təkmilləşdirməklə yanaşı, iştirakçılara zaman təzyiqi altında işləməyi və tez qərar qəbul etməyi öyrənməyə kömək edir.

Əgər siz şirkətinizdə komanda işini gücləndirmək istəyirsinizsə, onda Beat the Box oyunu əla seçimdir. İstənilən səviyyəli komandalar üçün uyğundur və iştirakçılar arasında inam və əməkdaşlığın qurulmasına kömək edir.

Teambuilding Beat the Box

Timbildinqın fərdiləşdirilməsi

Bu oyun fərdi toxunuş üçün uyğundu. Tədbirinizə şirkətinizin brendinqini və ya şirkətinizin  missiyasını əks edən elementlər daxil etmək istəyirsinizsə, bizə bildirin və biz arzularınızı həyata keçirməkdə məmnun olarıq.