Top banner PC
Top banner mobil

Yaşıl Biznes Siyasəti


Ətraf mühit siyasəti

Yaşıl Biznes siyasəti getdikcə məşğulluq və cəmiyyət üçün əsas məsələyə çevrilir, çünki insanlar hazırkı sənaye, iqtisadi və sosial sistemlərin gələcək üçün problemlər yaratdığını başa düşürlər. Yaşıl Biznes siyasəti geriyə getmək deyil, işlərin yeni və daha yaxşı üsullarla görülməsi üçün müxtəlif yolları nəzərdən keçirmək deməkdir.

Missiya

“Konsis”in missiyası cəmiyyətə, korporativ bazara və ortaq gələcəyimizə müsbət töhfə verən müstəsna tədbirlər hazırlamaqdır. Biz öz fəaliyyətimizi qabaqcıl ekoloji təcrübələr və sosial məsuliyyətlə idarə etməyi hədəfləyirik. Biz auditoriyanı, daha geniş tədbir sənayesini və cəmiyyəti ruhlandırmaqla lider rolunu oynamağa çalışırıq və bu da planetimizdəki hər kəs üçün xoşbəxtliyə və pozitiv dəyişikliklərə səbəb olacaq.


Biz Yaşıl Biznes Siyasətinin təməlində duran 3 əsas konsepsiyaya inanırıq

Ekoloji – ətraf mühitə dəyən zərərin təbii şəkildə təbiət tərəfindən udula biləcəyi səviyyələrə endirilməsi.

Sosial – sağlam inkişaf, ədalətli qlobal və lokal cəmiyyət.

Maliyyə – dayanıqlı biznes modelləri və sabit, çiçəklənən iqtisadiyyatın yaradılması.

Ekologiya İdarəsinin bəyanatı:

Hər bir ofisdən Şirkətin Yaşıl Satınalma Siyasətinə sadiq qalması gözlənilir və bütün işçilərdən təlimata əməl etmələri xahiş olunur. Bütün ofis sahələrində ədalətli alış-veriş məhsullarının təmin edilməsi üçün enerji səmərəliliyi, təkrar emal sistemləri, ağıllı suvarma, etik satınalmanın mövcudluğu gözlənilir.

Enerji səmərəliliyi:

Bu, işığı yandırmaq, ofisləri isitmək/soyutmaq, avtomobil idarə etmək kimi eyni enerji funksiyasını yerinə yetirmək üçün daha az enerjidən istifadə edilməsi deməkdir. Enerji səmərəliliyinə közərmə lampaları ilə eyni miqdarda işıq istehsal edən LED lampalardan faydalanmağı, eləcə də istifadə edilmədikdə işıqların və kompüterlərin söndürülməsini misal göstərmək olar.

Enerji səmərəliliyi

Ağıllı suvarma:

Daha az su istehlakı = daha az enerji xərci

Qablaşdırılmış suya sərf olunan pula qənaət edin və daha çox ekoloji təmizlik əldə edin

Daxili santexnika sisteminizdə sızmanın olub-olmadığını mütəmadi olaraq yoxlayın İş yoldaşlarınız üçün istifadə etdikdən sonra suyu bağlamalarını xatırladan lövhələr asın.

Təkrar emal sistemləri:

Kağızsız kargüzarlığa keçid
Daha çox zibil qutusu təmin edin
Tullantıların auditini aparın
Şirkətdə təkrar istifadə oluna bilən su şüşələri/qəhvə fincanları ilə təmin olunma
İşçi heyətin təkrar emala həvəsləndirilməsi
Ağıllı suvarma
Etik satınalma
Tərəqqi və performansa illik nəzarət davamlı təkmilləşdirməni təmin edəcəkdir.


Görüləcək tədbirlər:

  • – İllik Yaşıl Fəaliyyət Planı
  • – Ərzaq imtiyazlarının  minimum standartları
  • – Yaşıl Səyahət Siyasəti
  • – Təsirlərin monitorinqi və ölçülməsi
  • – Ofislərdə enerji istehlakının azaldılması, işıq lampalarından enerjiyə qənaət edən lampalara keçid
  • – Süni işıqlandırılmanın minimuma endirilməsi və səma pəncərələrindən istifadə edilməsi
  • – İsti su qızdırıcılarının qiymətləndirilməsi
  • – Tullantıların idarə edilməsi siyasəti.