2024-cü ildəyik, tədbir təşkilatçıları tərəfindən konfrans mikrofonlarının kabelli və ya kabelsiz olması barədə bizə suallar daxil olur. Biz bu mövzunu sizin üçün araşdırdıq. Kabelli və kabelsiz masaüstü konfrans mikrofonlarının üstün və zəif cəhətlərini sizin üçün şərh edirik.
Kabelsiz konfrans mikrofonu
Üstün cəhətləri
Kabelsiz konfrans mikrofonlarının yeganə üstün cəhəti kabelin olmamasıdır. Masanın üstü daha səliqəli görünür.
Zəif cəhətləri
Kabelsiz konfrans mikrofonları yeni texnlogiyadır, hələ özünü tam doğrultmadığı üçün konfrans xidməti gostərən texniki şirkətlər öz inventarına belə mikrofonlarıdaxil etməyə tələsmir.
Kabelsiz mikrofonlar öz arasında wi-fi texnolgiyası ilə rabitə qurur. Bilirik ki, belə texnologiya quraşdırıldığı məkanın beton divarlarının siqnalı kəsmə xüsusiyyətinə görə hər yerdə tam istənilən siqnal səviyyəsini verə bilmir.
Simsiz mikrofonlar batareya ilə işləyir. Deməli hər dəfə tədbirdən öncə texniki işçi ayrılmalı ki, bütün batareyaları doldursun. İnsan faktorunu nəzərə aldıqda, konfrans zamanı mikrofonun batereyası boşalsa, tədbirin vacib qonağının mikrofonu sönə bilər.
Konfidensiallıq səviyyəsinin yüksək olduğu tədbirlərdə simsiz mikrofonlara üstünlük verilmir. Belə mikrofonların siqnal ötürmə metodu simsiz dalğalar ilə olduğundan konfrans zalının kənarına keçmə ehtimalına qarşı buna etibar olunmur.
Kabelli konfrans mikrofonu
Zəif cəhətləri
Kabelli konfrans mikrofonları konfrans və tədbirlərin standardına çevrilib və yeganə zəif cəhəti kabellərin stolun üstündə görünməsidir. konfrans məkanlarında stolun üstünə süfrə salındığı zaman, kabellər süfrə altında gizləndiyindən bu problem də ortadan qalxmış olur.
Üstün cəhətləri
Rabitə kabel üzərindən olduğu üçün siqnal güclü və etibarlıdır.
Batareya problemi olmadığından, insan factory problemi ortadan qalxır və konfranslarda etibarlı səs və mikrofon sistemi təmin etmək mümkün olur.
Onillərdən bəri gələn etibarlı kommunikasiyanı təmin etdiyi üçün dünyanın ən yüksək səviyyəli konfrans və görüşlərində bügün belə kabelli mikrofonlar istifadə olunur. Növbəti şəkillərdə sizə belə konfranslardan nümunələr göstəririk.
Belə nəticəyə gəlmək olar ki, bugünkü gündə kabelli mikrofon etibarlı variantdır. Önümüzdəki illərdə batareya texnologiyası və simsiz konfrans rabitə texnologiyasındakı inkişafları araşdırmağa davam edəcəyik. Amma digər bütün hallarda hazırda dünyada kabelli mikrofonlara üstünlük verilir.