Konsis şirkəti 2023-cü ildən başlayaraq Davos dəstini rəqəmsal formatda təqdim edir. Davos masalarının rəqəmsal formatı səhnənin görünüşünü dəyişdirir. Bu cür masalardan istifadə edərkən səhnə hansı konfrans otağında quraşdırılmasından asılı olmayaraq müasir və daha parlaq görünür. Rəqəmsal masaların bu innovativ versiyasında ekranın məzmununu idarə etmək mümkün olur. Adi masalarda məzmunlar əvvəlcədən çap olunur və masanın ön tərəfinə yapışdırılır. Tədbir zamanı spiker dəyişərsə masanın üstündəki yazını dəyişmək üçün yemək fasiləsini gpzləmək lazım gəlirdi. Yeni Davos formatlı rəqəmsal masalarda ekran məzmunu birbaşa tədbirin istənilən zamanı saniyələr ərzində dəyişdirilə bilər.
Rəqəmsal masaların üstünlükləri
Led ekran istifadə olunduğu üçün görüntü keyfiyyəti çap materialına nisbətən yüksəkdir. Panel iştirakçıları tez tez dəyişən tədbirlərdə iştirakçıların adlarını yerində dəyişmək imkanı verir. Fasilələrdə sponsor reklamları göstərmək olur. Ekrandakı kontenti dəyişmək üçün xüsusi proqram təminatı istifadə olunur. Təyin olunan operator lazım olan vaxtda ekrandakı kontenti elektron rejimdə dəyişir.
Rəqəmsal Davos masasının istifadəsi
Masaların LED panelinin ölçüsü 30 düymdür. Rəqəmsal masa spikerlərin adlarını, loqo və ya xüsusi dizaynı göstərmək üçün istifadə edilə bilər. Masa çərçivəsinin rəngi – ağ rəngdədir. Müştəriyə brendinq və ya lazımi illüstrasiyaların yaradılması üçün masa ekranlarının parametrlərinin dəqiq ölçüləri əvvəlcədən təqdim olunur.
Əlavə elementlər:
Rəqəmsal Davos dəstinə ağ rəngli kreslolar da daxildir. Kreslo ölçüləri səhnədə yan-yana qoyulan davos dəstlərinin sayı çox olsa belə səhnənin ölçüsünə uyğun olsun deyə kompakt dizayn edilmişdir. Rəqəmsal davos masasının üstünə mikrofon qoymaq yeri vardır, masanın hündürlüyü və mikrofonun başlığının hündürlüyü səhnədə oturan spikerlərin rahatlığı üçün lazım olan standarda uyğunlaşdırılmışdır.