İş günləri: Baz. er. - Şənbə, 09:00 - 18:00
Konsis GroupKonsis GroupKonsis Group
+99450 222 00 13
info@konsis.az
133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
Konsis GroupKonsis GroupKonsis Group
  • AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
  • Səhnənin dizaynı

    Kreativ xidmətlər

    Səhnənin dizaynı xidməti

    Komandamız hər bir layihə üçün özünəməxsus dizayn həlləri hazırlayır. Dizaynerlərimiz layihə üçün ideyaların vizuallaşdırılmasına hazırdır, tədbirinizin yaddaqalan olması üçün şirkətimiz kifayət qədər texniki və ən cəsur fikirlərin reallaşdırılması üçün imkanlara malikdir. Səhnə, istər podium, istərsə də xüsusi səhnə meydançası – bütün mümkün tədbirlər və təqdimatlar üçün mərkəzi elementdir. Tədbirin mövzusundan asılı olaraq, səhnə tərtibatı və onun bədii çərçivəsinin hazırlanması üçün bir sıra variantlar mövcuddur.

    Səhnə tərtibatı üçün lazım olan elementlər:

    1. İdeya, konsept, stilistikanın işlənib hazırlanması
    2. Dizayn üçün avadanlıq və materialların seçimi
    3. Xüsusi səhnə dekorasiyalarının işlənib hazırlanması
    4.Bütün dekorasiya elementləri, o cümlədən loqotiplər, emblemlər, qrafik elementlərin seçimi və işlənib hazırlanması
    5. Səs və işıq təminatı
    6. Podiumun hazırlanması və tərtibatı
    7. Ekran və səhnə arxasının dizaynı
    8. Mobil konstruksiyalardan istifadə etməklə imic elementlərinin işlənib hazırlanması (müxtəlif formatda və görünüşdə stendlər)
    9. Səhnə rausunun (bütün səhnə perimetrinin parça və ya banner ilə dekorasiyası), yuxarıda quraşdırılmış sofitanı və ya başqa qurğunu gizlədən paduqaların dekorasiyası.
    10. Səhnə səthinin tərtibatı, pilləkən və birləşmələrin hazırlanması

    Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

    Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

    İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

    Biz kimik?

    ✅ Şirkətimizin şöbə sayı: 14+
    ✅ Komanda üzvü sayı: 70+
    ✅ Tamamlanmış işlər: 1000+
    ✅ Müştəri rəyləri: 100+

    Dostlarınla paylaş

    Share on whatsapp
    WhatsApp
    Share on facebook
    Facebook
    Share on telegram
    Telegram
    Share on twitter
    Twitter
    Share on linkedin
    LinkedIn
    Share on skype
    Skype
    Share on email
    Email

    Portfolio

    Əlaqə üçün

      Sifariş göndər

      Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq