Top banner PC
Top banner mobil

Poster Dizaynı

Kreativ xidmətlər

Poster Dizaynı nədir?

Təşkil edəcəyiniz tədbirə maraq cəlb etmək istəyirsiniz? Effektli poster – tədbirinizin afişasını hazırlamaqla işə başlayın.

Posterlər – tədbirin təşviqi və təbliği üçün istifadə olunan ən təsirli və tez-tez istifadə olunan vasitələrdən biridir. Bu asanlıqla anlaşılandır: tədbirlər üçün posterlər universaldır və onları müxtəlif yollarla yaymaq olar.
Posterin tədbirə maraq cəlb etməsi üçün, bütün diqqəti özünə cəlb edəcək dizayn tərtib etmək vacibdir. Dizayn işi üzrə kifayət qədər təcrübəyə malik deyilsinizsə, bu sizin üçün mürəkkəb iş kimi görünə bilər. Peşəkar ideyanı müxtəlif elementlər vasitəsilə ötürür və baş tutacaq tədbir haqqında məlumatı vizual üsullar ilə təqdim edir.

Konsis Group-un peşəkar qrafik dizayner komandası sizə yardım edərək, brendinizin planlaşdırılan tədbir çərçivəsində ən yüksək səviyyədə vizuallaşdırılmasına yardım edəcək.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq