İş günləri: Baz. er. - Şənbə, 09:00 - 18:00
Konsis GroupKonsis GroupKonsis Group
+994 50 5131133
info@konsis.az
133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan

Video Animasiya

Kreativ xidmətlər

Video Animasiya hazırlanması

Motion design – unikal ünsiyyət vasitəsidir. Bu, brendlərə öz hekayəsini paylaşmaq üçün cəlbedici kontentin tərtib olunması məqsədilə, vizual kommunikasiya, hərəkət və səsin ahəngində olan bütün müsbət məqamların birləşməsidir.

Motion design nədir?

Motion design tədbir iştirakçılarının diqqətini müxtəlif üsullar ilə cəlb edərək, brendin reklam ismarıcını animasiyalı video formatında təqdim edir. Animasiyalı videolar 2D- animasiya, 3D- renderinq və ya GIF fayllar şəklində ola bilər. Onlara səsyazısı, kadrarxası səslər və ya səs effektləri əlavə oluna bilər.
“Proqram tətbiqi və ya platformanın göstərilməsi gərəkirsə, animasiya müstəqil video şəklində təqdim oluna bilər. Komandamız ekran və canlı yayım üçün qrafik dizayn, 2D və 3D formatlarında efir qrafikasını hazırlayaraq, xəyallarınızı reallığa çevirərək həyata keçirilməsində yardım göstərəcək. Hər bir mərhələ üçün düzgün həll yollarını işləyib hazırlaya biləcək bütöv bir bölmə məsuliyyət daşıyır.

Loqotiplər, personajlar, saytlar və s. kimi istənilən statik obyektlərin hərəkətli olmasını təmin edəcəyik. Mürəkkəb həcmli modellərin, memarlıq obyektlərinin, təqdimatlar, tədbirlər üçün personajların işlənib hazırlanmasında yardım edəcəyik. Obyektlərin şəklə köçürülməsi və personajların canlandırılmasını həyata keçirəcəyik.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq