Sərgi stendləri

Xidmətlər

Sərgi stendi ideyanızı bizimlə paylaşın. Komandamız stendin dizayn, istehsal və quraşdırmasını büdcəniz daxilində və səliqəli şəkildə sizə təhvil verəcək.

Sərgi təcrübəniz problemsiz və sərfəli olmalıdır. Biz sərfəli qiymətə sərgi stendləri tikməyi təklif edirik. Komandamız meyarlarınıza uyğun sərgi stendi dizayn etməzdən əvvəl layihənizi, məqsədlərinizi və büdcənizi sizinlə müzakirə edib, işə başlayacaq.

Konsis həm schell sxemi alüminium modul sistemləri, həm də unikal dizaynlı xüsusi stendlər təklif edir. Shell sxemi stend paketləri sizin sərgi salonundakı sahənizə, texniki tələblərinizə uyğunlaşdırıla bilər. İndividual stendlər sizin məhsul və xidmətləriniz nəzərdə tutularaq xüsusi olaraq hazırlanır.

Konsis sərgi mebeli, elektrik və digər infrastruktur kommunikasiya elementləri, qeydiyyat stendləri, brendinq və personal daxil olmaqla, geniş çeşiddə sərgi xidmətləri göstərir. Biz sağlamlıq və təhlükəsizlik tələbləri ilə bağlı bütün tələblərə riayət edirik. Komandamız Azərbaycanın demək olar ki, bütün sərgi və tədbir məkanlarında təcrübəlidir və onların tələblərini hamıdan yaxşı bilir.

Konsis sərgilərlə bağlı aşağıdakı xidmətləri təklif edir:

  • Sərgi sahəsinin planı və 3D dizayn
  • Shell sxemi stendlər
  • İndividual hazırlanmış stendlər
  • Sərgidə elektrik, santexnika, kondisionerin qurulması
  • Xalça və digər növ döşəmələr
  • Monitorlar və video avadanlıqların icarəsi
  • Mebel və ofis avadanlıqlarının icarəsi
  • Sərgi üçün personal

Sərgi stendləri üzrə xidmətlər