Yaradıcılıq və bədii fəaliyyət
Yaradıcılıq və bədii fəaliyyət. İncəsənətdən modaya, filmlərdən rəssamlığa qədər tamamilə innovativ və kreativ mühit formalaşdırın.
Özünüzü ifadə edin
İnsanlar özlərini ifadə etməyi sevirlər. İncəsənətlə məşğul olmaq, xüsusilə, bunu tamamilə fikir azadlığının mövcud olduğu, doğru və ya yanlışın olmadığı qrup şəklində həyata keçirmək əhval-ruhiyyəni artıraraq insanları daha xoşbəxt və daha sağlam edir. Bədii timbildinq fəaliyyətlər insanları rahatladır, gərginlik səviyyəsini azaldır və zehni zakitləşdirir. İştirakçılar günlük rejimlərindən kənara çıxaraq tamamilə yaradıcılıqla məşğul olurlar. Bu, düşünülmüş normal proseslərdən kənarlaşıb zehni tətilə çıxmaq kimidir.
Kreativ düşüncə
İnsanlar onları öz rahatlıq zonalarından itələyib çıxaran yeni fəaliyyətlə məşğul olduqda onların beyinlərindəki əlaqələr və çeviklik dərəcəsi artmaqla beyin hüceyrələri arasında yeni əlaqələr yaranır. Uğur qazanmaq üçün diqqət, konsentrasiya və kreativ düşüncə tələb olunur. Kreativ timbildinq məşğələləri komanda daxilində əməkdaşlığı və problemlərin həll edilməsi bacarıqlarını gücləndirir. Doğru və ya yanlış anlayışı olmadığına görə iştirakçılar unikal həll yolları yaratmaq və onları qrupla müzakirə etməyə qadir olurlar. Qrup şəklində sənət əsərinin ərsəyə gətirilməsi ortaq nailiyyət hissi yaradır. O, hər bir iştirakçının özünəinamını artıraraq onlardan “mən bunu bacararam” düşüncəsi yaradır. Dopaminlə yüklənmiş iştirakçılar özlərini komandaya aid hiss edir və yeni tapşırıqları yerinə yetirməyə ruhlanırlar.
Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.
İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.
Biz kimik?
✅ Şirkətimizin şöbə sayı: | 14+ |
✅ Komanda üzvü sayı: | 70+ |
✅ Tamamlanmış işlər: | 1000+ |
✅ Müştəri rəyləri: | 100+ |
Dostlarınla paylaş



Portfolio
Əlaqə üçün
- SAT Plaza, 10-cu mərtəbə, 133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
- +99450 222 00 13
- +99450 222 00 13
- info@konsis.az