Top banner PC
Top banner mobil

The Infinite Loop, Virtual reallıq timbildinq proqramı

The İnfinite Loop virtual reallıq proqramı komanda ruhunu gücləndirməyə və komanda işinin səmərəliliyini artırmağa kömək edəcək. Timbildinq oyununu həyata keçirmək üçün virtual reallıq cihazlarına ehtiyac var.

Bu oyun, iştirakçılar arasında komanda şəklində işləməyi öyrətməklə yanaşı, liderlik səviyyəsini yüksəltməyə və komanda ünsiyyətini təkmilləşdirməyə kömək etmək üçün xüsusi olaraq hazırlanmışdır.

The İnfinite Loop (VR biznes oyun)  – online real vaxt rejimində birgə iş və sürətli ünsiyyətə əsaslanan işgüzar oyundur. Oyunçu virtual aləmdəki problemi nə qədər dəqiq təsvir edərsə, həmkarları real dünyada həlli bir o qədər tez taparlar.

Bütün tədbirlər iştirakçılara məqsədlərinə çatmağa və proqramdan maksimum yararlanmağa kömək edəcək peşəkar təlimçilər və təlimatçılar tərəfindən aparılır. Nəticədə, iştirakçılar peşəkar bacarıqlarını təkmilləşdirməklə yanaşı, kollektivdəki münasibətlərini də möhkəmləndirəcəklər.

The İnfinite Loop - online timbildinq oyununun təsviri

The İnfinite Loop – online timbildinq oyununun təsviri

Komanda xüsusi tapşırıq alır və iştirakçılardan birinə virtual reallıq eynəyi verilir. Eynəyi taxdıqdan sonra iştirakçı virtual dünyaya keçir.

 

Komandanın missiyası oyunçunu azad etmək və onu real dünyaya qaytarmaq üçün ipucları axtarmağa kömək etməkdir. Bunun üçün, oyunçu virtual və real dünya arasında hərəkət etməlidir.

Komanda üzvləri bir-bir VR-eynəyi taxaraq virtual dünyanı təsvir edirlər. Real dünyada olan yoldaşları isə İpucu kitabçasından istifadə etməklə müxtəlif otaqlardan çıxmaq üçün ipucları verirlər.

Bütün tapşırıqlar yerinə yetirildikdən sonra ikinci səviyyə açılır və komandalar daha çətin məsələləri həll edərək eyni otaqlardan keçməli olurlar.

Oyunun məqsədi komandalar arasında rəqabət yaratmaqdır, çünki hər bir komandanın oyununun gedişatı əsas ekranda göstəriləcək.

The İnfinite Loop (VR biznes oyun)-timbildinq oyunundan əldə ediləcək nəticələr

Bu, oyun sürətli ünsiyyətə əsaslanan idarəetmə-yönümlü oyundur. Oyunçular virtual aləmdəki problemi nə qədər dəqiq təsvir etsələr, həmkarları real dünyada bir o qədər tez həll tapacaqlar. Daimi ünsiyyət və komanda üzvlərinə etibar etmək bacarığı problemləri ən effektiv şəkildə həll etməyə imkan verir. The İnfinite Loop müasir şirkətlərdə işçilərin üzləşdiyi mürəkkəb problemlərin həlli üçün güclü vasitədir.

Программа виртуальной реальности - The İnfinite Loop

Konsis Groupdan timbildinqin brendinqi

Konsis Group şirkətinizin brendinqindən istifadə etməklə, timbildinqin təşkili üzrə xidmətlər təklif edir. The İnfinite Loop Timbildinq oyunun brendinqi iştirakçılarla emosional əlaqə yaratmağa və şirkətin imicini gücləndirməyə kömək edən mühüm elementdir.