Top banner PC
Top banner mobil

Hibrid tədbirlərin çoxdilli olması və tərcümə

Böyük Hibrid Tədbirlər Konsis

2020-ci ilin mart-aprel aylarında planlaşdırılan tədbirlər bir-birinin ardınca ləğv edilməyə başlayanda Azərbaycanda tədbir təşkilatçıları arasında qorxu ab-havası yaranmışdı. Tədbirlər necə keçiriləcəkdi? Texniki infrastruktur nə olacaqdı? Tezliklə olanlar oldu və daşlar yerinə oturmağa başladı. Pandemiya vahiməsinin artıq geridə qaldığı və 2022-ci ilə qədəm qoyduğumuz bu günlərdə işgüzar tədbirlər sənayesi üçün yol xəritəsi artıq çəkilmiş görünür.

Kinoteatrların və digər mədəni tədbir məkanlarının açılması ilə önümüzdəki il virtual tədbirlərin yerini daha çox fiziki iştirakın olduğu konfranslar və işgüzar tədbirlər tutacaq. Təbii ki, onlayn və virtual tədbirlər fiziki iştirakın yerini verə bilmir, lakin pandemiya dövründə marketinq mütəxəssislərinin virtual tədbirlərin daha əvvəl görə bilmədikləri və ya bu qədər faydalı olacağını hiss etmədikləri bir çox üstünlükləri ortaya çıxdı.

2017-ci ildən Azərbaycanda onlayn konfrans platformalarını istifadə etməyimizə və bir neçə fiziki məkandakı iştirakçıları bir tədbirdə birləşdirməyimizə baxmayaraq, bu tendensiyanın bu dərəcədə qəbul ediləcəyini biz də ehtimal etməmişdik. Ötən il ünsiyyətdə olduğumuz Hibrid Konfranslar üzrə müştərilərimizin çoxu qeyd edib ki, virtual, onlayn, hibrid tədbirlər büdcədə səyahət, qonaqlama, qidalanma və promo məhsullar seqmentlərində qənaət etməyə kömək etmiş və beləliklə, daha çox tədbir təşkil etməyə imkan vermişdir. Hibrid Tədbir platformaları vasitəsilə konfransın sosial şəbəkələrdə canlı yayımlanması marketinqin əhatə dairəsini olduqca genişləndirmiş və auditoriyanın daha da genişlənməsinə və fərqli dairələrdən yeni müştərilərin cəlb olunmasına gətirib çıxarmışdır. Bu isə bir daha onu göstərir ki, tədbirlər sənayesi yeni yol xəritəsini çəkmişdir.

Tədbirlərdə dünyaya açılan pəncərə

2020-ci ilin gətirdiyi məhdudiyyətlər, tədbirlərin texniki infrastrukturunda sürətli inkişafa təkan verdi. Onlayn konfrans platformaları tətbiqi illər çəkəcək yenilikləri bir neçə ay müddətində tətbiq etdi. Bu platformaların üstünlüklərindən istifadə edən tədbir təşkilatçıları bunu fürsətə çevirə bildilər və fiziki iştirakçı sayından qat-qat çox iştirakçı sayı ilə tədbirlər təşkil etməyə başladılar. Dünya səviyyəsində tanınmış spikerləri açılış nitqi ilə çıxış etmələri üçün səyahət, qonaqlama xərcləri olmadan tədbirlərə dəvət etmək artıq büdcəyə daha uyğun idi.

Fiziki iştirakın olduğu tədbirlər artıq “geri qayıdır”, amma onlayn konfransların bütün bu üstünlüklərini də əldən buraxmaq istəməyən təşkilatlar üçün Hibrid Konfranslar ən yaxşı həll yoludur. Tədbir zalında oturan iştirakçılarla evdən, ofisdən, başqa ölkədən öz telefonu, planşeti və ya kompyuteri vasitəsilə onlayn qoşulan iştirakçılar Hibrid Konfrans texnologiyası sayəsində eyni ab-havanı hiss edə bilirlər.

Hibrid konfranslarda tərcümə

Hibrid tədbir texnologiyasından istifadə edən konfrans təşkilatçıları dünyanın dörd bir yanından “gələn” iştirakçılar və spikerlər, ekspertlər cəlb edərək tədbirin daha dolğun olmasını təmin etmək istəyirlər. Bu zaman çoxdilli ünsiyyət qurulması üçün hibrid platformanın tərcümə funksiyası açar rolunu oynayır. Dünyada mövcud olan Hibrid və Onlayn tədbir texnologiyaları arasından tədbirin formatına ən uyğun platformanın, tərcümə portalının və bu platformalarda tərcümə etməyi bacaran sinxron tərcüməçinin seçilməsi tədbirin uğurunu təmin edən vacib amillərdir.

Hibrid tədbirlərin təşkilindəki nüanslar

Xüsusilə bir neçə xarici dildə danışan spiker və iştirakçının olduğu beynəlxalq tədbir təşkil edirsinizsə, tərcümə ilə bağlı aşağıdakılara diqqət etməlisiniz:

  • Tədbirdə neçə xarici dil istifadə olunacaq?
  • Hansı hibrid tədbir texnologiyası sizin tədbirə daha uyğundur?
  • Hibrid tədbir platformasının sinxron tərcümə üçün öz funksionalı varmı?
  • Sinxron tərcüməçi necə seçilməlidir? Tərcüməçinin hibrid tədbir təcrübəsi varmı?
  • Tədbir məkanındakı İnternetin sürəti tədbirinizlə bağlı tələblərə cavab verəcəkmi?

Təbii ki, bütün bu suallara cavab tapmaq üçün sizin tədbir təşkili üzrə ixtisaslaşmış təcrübəli partnyora ehtiyacınız olacaqdır. Partyorunuz təkcə hibrid tədbir platforması deyil, həm də konfrans zalları və tərcüməçilər barədə də məlumatlı olmalıdır. Hibrid platformaların istifadəçi interfeysi ingilis dilində olduğundan, texniki personalın da bu platformalardan ingilis dilində istifadə etmək bacarığı olmalıdır.

Hibrid tədbirdən əvvəl spikerləri, tərcüməçiləri, bəzən də iştirakçıları hibrid platformanın funksionalı ilə tanış etmək məqsədilə kiçik təlim keçməyə ehtiyac olur və tədbirin təşkili üzrə partyorunuzun bu təlimi keçəcək layihə rəhbərləri olmalıdır.

Sadalanan bu məsələlərdə köməyə ehtiyacınız olduqda, Hibrid və Onlayn tədbirlərdə 2017-ci ildən bəri təcrübəyə malik komandamızla sizə hər zaman kömək etməyə hazırıq. Bizimlə əlaqə saxlayın, növbəti tədbirinizin təşkilində faydalı məsləhətlərimizi sizinlə bölüşək.