Top banner PC
Top banner mobil

Naxçıvanda yerli və beynəlxalq konfransların keçirilməsi

Naxçıvanda yerli və beynəlxalq konfransların keçirilməsi (2)

2023-2027-ci illər üçün Dövlət Proqramı

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu ilin yayında elan edilmişdir. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.

Konsis Naxçıvana səfər etdi

Dövlət başçısı tərəfindən verilən bu qərarı rəhbər tutaraq, Konsis şirkətinin əməkdaşları konfrans və tədbirlərin keçirilməsi ilə bağlı Naxçıvana səfər etmiş və şəhərin konfrans və tədbir infrastrukturunu incələmiş, turizm prioritet istiqaməti daxilində tədbirlər sənayesinin Naxçıvanda da inkişaf etdirilməsi, yerli və beynəlxalq tədbirlərin keçirilməsinə öz töhvəsini verə bilmək üçün hazırlıq işlərinin planlanmasını 2023-cü ildə yenidən diqqət mərkəzinə götürmüşdür. Konsis şirkətinin əməkdaşlarının Naxçıvana səfəri zamanı yerli konfrans və tədbir məkanlarına ziyarətlər edilmiş, istiqamət üzrə yan xidmət sahələri üzrə görüşlər keçirilmişdir..

Naxçıvanda konfrans zalları olan məkanlar

Duzdag Hotel

 2008-ci ildən bəri fəaliyyət göstərən və hazırda ölkənin ən yaxşı istirahət mərkəzlərindən biri olan “Duzdağ” istirahət kompleksi, ləziz və sağlam mətbəxi, bir-birindən maraqlı əyləncə növləri, geniş və işıqlı otaqları ilə 5 ulduzlu məkanın lüks və rahatlığını özündə birləşdirir.

Duzdag Hotel (1)

Duzdağ hotelin İclas zalı xüsusi dövlət tədbirləri, iclaslar, seminar və təlimlər üçün nəzərdə tutulmuşdur. 50 nəfərlik iclas zalında masa, wi-fi, səhnə, xitabət kürsüsü, mikrafon, proyektor və pərdə mövcuddur.

Tebriz Nakhchivan Hotel 

Tebriz Hotel Nakhchivan Azərbaycanın Naxçıvan şəhərinin mərkəzində yerləşən lüks 5 ulduzlu kurortdur. Naxçıvan Beynəlxalq Hava Limanından 7 kilometr məsafədə yerləşən oteldə tam xidmət göstərən spa, günəş terrası olan qapalı hovuz, idman zalı, sauna, oyun otağı və uşaq meydançası var. Tebriz Hotel Nakhchivan hər biri kondisioner, pulsuz Wi-Fi, düz ekran TV, kofedəyirman, oturma sahəsi və pulsuz tualet ləvazimatları olan şəxsi vanna otağı ilə təchiz edilmiş 95 müasir, zərif otaq təklif edir. Bütün otaqlar göl və ya dağ mənzərəsini təqdim edir.

Tebriz Hotel Nakhchivan

Naxçıvan Palace Hotel

Otel 45  otaq və Araz çayının həmçinin Naxçıvan Şəhərinin əsrarəngiz mənzərəsinə sahib Standart, Seniorlardan  ibarətdir. Sayı 45 olan yüksək zövqlə dekorasiya edilmiş gözəl nömrələrdə və dəbdəbəli otaqlarda lüks hoteldən gözləyə biləcəyiniz bütün rahatlıqlar təmin edilir.

Naxcivan Palace Hotel-

Naxçıvandakı konfransların texniki təchizatı

Naxçıvanda böyük konfransların təşkili zamanı tələb olunan avadanlıqların Bakıdan Naxçıvana daşınması quru yoluyla daha ekonomik olsa da, vaxt olaraq hava yoluyla daşınmadan çox daha uzun vaxta başa gəlir. Bu məsələnin daha optimal həlli üçün yeni imkanların araşdırılması lazımdır. Tədbirlərdə iştirak edən texniki və inzibati personalın Naxçıvana səfər edib geri qayıtması da əlavə xərclər əmələ gətirir. Ümid edirik ki, Naxçıvan iqtisadi zonası üçün 2023-2027-ci illər ərzində nəzərdə tutulan Dövlət Proqaramı çərçivəsində ərazidə insan kapitalının kifayət qədər formalaşması sonrasında orada keçirilən konfrans və tədbirlər üçün müvəqqəti personal və inzibati personal ehtiyacları artıq yerli əmək qüvvəsi tərəfindən qarşılanacaqdır.