Top banner PC
Top banner mobil

Tez-tez verilən suallar və cavabları

FAQ

Xidmətlərimiz haqqında daha çox verilən suallar və cavabları

Müştərilərimizin verdiyi bütün əsas suallar və cavabları burda əks olunmuşdur. Əgər sualınızın cavabı burda yoxdursa onu bizə yazın və ya əlaqə saxlayın. 

Konsis komandası dörd əsas prinsipə görə ən yaxşı tədbir təşkilatı şirkətidir:

  1. 16 il təcrübə - 2006-cı ildə yaradılmış Konsis Azərbaycanda turizm və qonaqpərvərlik sənayesinin inkişafının bütün mərhələlərini yaşamışdır.
  2. Rəhbərlik işinin başındadır - Konsisin rəhbərliyi tam vaxtını şirkətin layihələrinə həsr edir. Şəxsən ticarət yarmarkalarında, sənaye görüşlərində iştirak edir və gündəlik tədbirlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Konsisdən başqa, bu sahədə işləyən şirkətlərin sahibləri və ya rəhbərləri üçün bu iş ikinci işdir. Onların əsas biznesi müxtəlif sahələrdədir: biri restoran açıb, biri reklam biznesi ilə məşğuldur, biri dövlət qurumunda tam ştatlı işləyir, digəri aptek işlədir.
  3. Layihə menecerləri - Biz bütün müştərilərə layihə menecerləri təyin edirik və layihənin həyata keçirilməsinin bütün mərhələlərində keyfiyyətə nəzarət edirik. Konsisdən başqa heç bir rəqib şirkətdə layihə meneceri, texniki komandanın rəhbəri, istehsalat meneceri vəzifələri yoxdur.
  4. Tədbirlər sahəsində ən böyük komanda - Şirkət qurulandan bəri bizimlə olan işçilər indi dəbizimlədir. Bu gün 70 tam ştatlı işçi heyəti və 100-dən çox komanda üzvü və sərbəst işçi heyəti ilə biz Azərbaycanda tədbirlər üzrə ən böyük tərəfdaşınızıq. Layihə idarəçiliyi, yaradıcılıq, incəsənət, audio-video, əyləncə, timbildinq şöbələrimiz ilə ən geniş strukturlu şirkətik.

Led ekranların müxtəlif parametrlərindən asılı olaraq onlara hansı məsafədən baxılması təyin edilir. Adətən hər 1mm ekran piksel ölçüsü üçün 1 metr baxış məsafəsi minimal olaraq tələb olunur. Məsələn: P2.6mm ekranlar üçün minimal baxış məsafəsi 2.6 metrdir. P4.8mm ekranlar üçün bu məsafə 4.8 metrdir.

Konfrans və forumlarda fərqli dillərdə danışan iştirakçılar olduqda sinxron tərcümə istifadə olunur. Sinxron tərcümə sistemi tərcüməçinin səsini qonaqlara simsiz texnologiya ilə ötürən avadanlıqdır. Tərcüməni dinləmək üçün iştirakçılara qulaqcıqlar paylanır. Tədbirin qeydiyyat zonasında qurulan xüsusi paylama masasında nömrələnmiş qulaqcıqlar sənədli paylama sistemi ilə iştirakçılara təqdim olunur. 15-20 nəfərlik kiçik tədbirlərdə sənəd tələb olunmaya bilər amma boyük tədbirlərdə adətən iştirakçılar sənəd təqdim etmək surətiylə qulaqcıq götürərək zala daxil olurlar.

Sinxron tərcümə həm zehni, həm də fiziki olaraq yorucu bir işdir. Tərcüməçilər intensiv dinləmə bacarıqlarını tətbiq etməli, sözləri və bütöv ifadələri şərh etməli, sonra onları aydın və başa düşülən şəkildə tez bir zamanda dinləyicilərə çatdırmalıdırlar.
Bu, çox diqqət və enerji tələb edən sürətli işdir və istənilən tərcüməçi, hətta ən yaxşıları belə, uzun müddət ərzində yüksək keyfiyyətlə tərcüməni davam etdirə bilmirlər.
Sinxron tərcümənin demək olar ki, həmişə 2 nəfər tərəfindən edilməsinin əsas səbəblərindən biri də budur. Tərcüməni etmək üçün tez-tez - adətən, hər yarım saatdan-bir başqa şəxsin olması tərcüməçilərə sinxron tərcümənin intensivliyindən bir qədər istirahət etməyə imkan verir.

Əgər sinxron tərcüməçi cütlükdə işləyirsə, normal iş saatları qədər, yəni 8 saat.

Üç saatlıq konfransda sinxron tərcümə yükünün öhdəsindən yalnız bir nəfərin gəlməsini gözləmək ağlabatan deyil və tərcümə səhvləri ilə nəticələnə bilər. Ona görə 2 nəfərin cəlb edilməsi daha məqsədəuyğundur.

İstənilən sahədə tərcümənin yüksək keyfiyyətini təmin etmək üçün tədbirdən öncə tərcüməçiyə materiallar (çıxış, prezentasiya, iştirakçı siyahısı, gündəlik və s.) vermək lazımdır ki, tərcüməçi həm mövzu, həm də terminologiya ilə tanış olsun, özünün araşdırmasını aparsın.

Tibb sahəsi çox spesifik olduğu üçün və tədbirdə danışılan istənilən mövzu birbaşa insan həyatına təsir etdiyi üçün, bu cür tərcümələri həkim-sinxronistlərin etməsi daha məqsədəuyğundur. Həkim-sinxronist tapmaq mümkün olmadıqda, tədbirlə bağlı bütün materialları tərcüməçiyə vermək lazımdır ki, o, terminologiyadan tam xəbərdar olsun.

Sinxron tərcümənin 2 əsas üstünlüyü var: 1. Sinxron tərcümə danışanın diqqətini yayındırmır, çünki tərcüməçi səhnədən uzaqda kabində tərcümə edir. 2. Əsas səbəb odur ki, tərcümə real vaxt rejimində baş verir, tədbirin, sanki bütün iştirakçıların eyni dildə danışdığı kimi davam etməsinə imkan verir.

P2.6 Led Ekran - Daxili məkan üçün P2.6 led ekranlar. Bu, indiyə qədər Azərbaycanda icarəyə verilən ən yaxşı LED ekrandır. P2 ekranlar nə istədiyini bilən, işinə qarşı həssas müştərilər üçündür. Biz bu ekranları avtomobil salonlarında, elmi və tibbi konfranslarda, məhsul təqdimatlarında, sərgilərdə və hibrid tədbirlərdə quraşdırırıq.

P3.9 Led Ekran - Daxili və açıq məkanlar üçün led ekranlar. Bu ekranlar demək olar ki, istənilən tədbirdə istifadə olunur. Led ekranın 40 kvadratmetrdən çox olduğu böyük ekranlı tədbirlərdə P3.9 piksel diapazonlu ekranlardan istifadə edirik. Bu piksel diapazonlu ekranları xüsusilə Dataton Watchout kimi Multimedia Server istifadə olunduqda istifadə edirik..

P4.8 Led Ekran - Daxili və açıq məkanlar üçün led ekranlar. Bu ekranlar əsasən açıq havada istifadə olunur. İzləyicilər və ekran arasındakı məsafə bu piksel diapazonu üçün kifayət qədər uyğun olduqda biz onları daxili məkanda istifadə edirik. Etibarlı və özünü isbat etmiş bu ekranlar bu gün də geniş istifadə olunur.

Konfranslarda səhnə qurulur və led ekran səhnəyə arxa fon içində vəya müstəqil olaraq qoyulur. Səhnənin dərinliyi ortalama 3 metr, səhnənin pilləkənləri 1 metr, pilləkənlərdən sonra isə iştirakçıların oturduğu ilk cərgəyə qədər ortalama 2 metr məsafə buraxıldığını hesablaya bilərik. Bunların toplamı led ekran ilə ilk cərgədəki iştirakçılar arasındakı məsafəni 6 metrə yaxınlaşdırır. Bu məsafə hazırda tədbirlərdə qurulan led ekranların texniki parametrlərini nəzərə aldıqda kifayət məsafədir. Tədbir təşkilatçısı və ya tədbirinizin texniki şirkətinə led ekran və iştirakçılar arasındakı məsafəni 6 metr buraxmasını söyləməyiniz kifayət edəcəkdir ki, iştirakçılarınız üçün zövqlü baxış məsafəsi yaradılsın.

Tərcüməçi kənar səslərdən təcrid olunmaq, zalda sakitliyi pozmamaq və danışana mane olmamaq üçün tərcüməni kabində etməlidir.

İSO standartına əsasən, 2 nəfərlik mobil kabinin eni minimum 1.6 m-dən başlamalıdır. Kiçik otaqlar üçün daha kiçik (1 nəfərlik) kabindən istifadə etmək olar.

Ən peşəkar sinxron tərcümə avadanlığı və sinxron tərcüməçini bazarda 17 illik təcrübəsi olan “Konsis Group” şirkətindən sifariş edə bilərsiniz.

Ən peşəkar sinxron tərcümə avadanlığı və sinxron tərcüməçini bazarda 17 illik təcrübəsi olan “Konsis Group” şirkətindən sifariş edə bilərsiniz.

Üç fərqli tərcümə növü mövcuddur. Görüşün növündən asılı olaraq tərcüməçilər aşağıdakı tərcümə üsullarından birini istifadə edirlər: sinxronardıcıl.
Sinxron tərcümə, natiqin nitq söylədiyi, tərcüməçinin isə həmin nitqi auditoriyaya eyni vaxtda çatdırdığı tərcümə üsuludur. Konfrans zamanı, böyük təqdimatlar üçün sinxron tərcüməçilərdən istifadə olunur. Sinxron tərcümə zamanı 2 nəfər tərcüməçi səs keçirməyən kabində işləyirlər. İştirakçılar qulaqlıq və qəbuledicilərdən istifadə etməklə tərcüməyə qulaq asırlar.
Ardıcıl tərcümə, tərcüməçinin fikir və ya cümlənin sonunda danışanı dinləməsi və tərcüməni təmin etməsidir. Ardıcıl tərcüməçilər, adətən, tərcümə etdikləri şəxsin yanında dayanır və ya otururlar. Bu üslub işgüzar görüşlər, sahə səfərləri, turlar və ya təkbətək görüşlər kimi kiçik qrup toplantıları üçün daha məqsədəuyğundur. Siyasi liderlər mühüm məsələləri üz-üzə müzakirə etmək üçün görüşdükdə, adətən , bu tərcümə üsulundan istifadə olunur.

Sinxron tərcümə danışanla eyni anda baş verdiyi üçün əlavə vaxt aparmır, ardıcıl tərcümə isə danışanla eyni qədər vaxt apardığı üçün tədbirin uzanmasına səbəb olur. Buna görə də beynəlxalq konfranslarda ardıcıl tərcümədən çox az istifadə olunur.

Sualınıza cavab tapa bilmədiniz?

O zaman sualı bizə yazın. Ən qısa zamanda sualınız cavablandırılacaq.

Baş ofis ünvanımız:

SAT Plaza, 10-cu mərtəbə, 133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan

Zəng üçün:

+99450 222 00 13

Elektron poçtumuz:

info@konsis.az