Top banner PC
Top banner mobil

AB Proqramları

Beynəlxalq missiyalara dəstək

AB Proqramlarında iştirak

Biz Avropa İttifaqı təşkilatlarının sifarişi ilə şərq tərəfdaşlığı ölkələri üçün nəzərdə tutulan işlərin Azərbaycan yerli layihələrində iştirak etmişik. Biz Avropa podratçıları ilə Texniki Əməkdaşlıq və ya Çərçivə müqavilələri üzrə təşkilati dəstək, tərcümə və tədbir təşkili xidmətrini göstərmişik. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Avropa Şurasının Azərbaycandakı ofisləri ilə əməkdaşlıqda müsbət təcrübəmiz var.

Biz avropa layihələrinin mahiyyətini başa düşürük və çoxsaylı texniki dəstək, təhsil, ətraf mühit layihələrində iştirak etmişik. Konsis tədbir təşkili sahəsində Azərbaycanda ən böyük heyət, ən böyük ofis və etibarlı təchizatçı şəbəkəsi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin təşkilatı işlərində və tədbirlərin idarə edilməsi sahəsində bir nömrəli tərəfdaşınızdır.

Gücümüz Bakıda və regionlarda, istənilən layihə çərçivəsində istənilən növ təşkilati dəstəyi idarə etmək qabiliyyətimizdədir. Biz bu layihələrin hesabat tələblərini bilirik və tapşırıqların yerinə yetirilməsindən sonra fəaliyyət hesabatlarını, maliyyə hesabatlarını təqdim edə bilərik.

Aİ layihələri ilə bağlı təcrübəmiz haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq