İş günləri: Baz. er. - Şənbə, 09:00 - 18:00
Konsis GroupKonsis GroupKonsis Group
+99450 222 00 13
info@konsis.az
133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
Konsis GroupKonsis GroupKonsis Group
  • AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
  • Beynəlxalq təşkilatlar

    Beynəlxalq missiyalara dəstək

    Beynəlxalq təşkilatlarla əməkdaşlıq

    Konsis 2006-cı ildən Azərbaycanda uzun illərdir ki, beynəlxalq təşkilatlarla işləyir. Bizim hökumətlər və ya beynəlxalq təşkilatlar, donor təşkilatlar, beynəlxalq banklar tərəfindən dəstəklənən və maliyyələşdirilən layihələr ilə işləmək təcrübəmiz var. Biz bu layihələrin kommunikasiya və hesabat tələblərini yaxşı bilirik. Beynəlxalq təşkilatların sifarişi ilə Azərbaycanda çoxsaylı yerli layihələrdə iştirak etmişik.

    Biz beynəlxalq təşkilatlar tərəfindən təyin olunan layihələrin mahiyyətini başa düşürük və ölkə daxilində davamlı inkişaf strategiyalarını dəstəkləyən çoxsaylı sektor layihələrində iştirak etmişik. Ən böyük işçi heyəti, ən böyük ofis və anbar sahəsi ilə Konsis beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində təşkilati və tədbirlərin idarə olunması dəstəyi üçün Azərbaycanda bir nömrəli seçiminizdir.

    Gücümüz Bakıda və regionlarda, istənilən layihə çərçivəsində istənilən növ tədbirin idarə edilməsi bacarığımızdan ibarətdir. Biz bu layihələrin hesabat tələblərini bilirik və tapşırıqların yerinə yetirilməsindən sonra fəaliyyət hesabatlarını, maliyyə hesabatlarını düzgün təqdim edə bilirik.

    Təcrübəmiz haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

    Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

    Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

    İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

    Biz kimik?

    ✅ Şirkətimizin şöbə sayı: 14+
    ✅ Komanda üzvü sayı: 70+
    ✅ Tamamlanmış işlər: 1000+
    ✅ Müştəri rəyləri: 100+

    Dostlarınla paylaş

    Share on whatsapp
    WhatsApp
    Share on facebook
    Facebook
    Share on telegram
    Telegram
    Share on twitter
    Twitter
    Share on linkedin
    LinkedIn
    Share on skype
    Skype
    Share on email
    Email

    Portfolio

    Əlaqə üçün

      Sifariş göndər

      Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq