Top banner PC
Top banner mobil

Böyük Hibrid Tədbirlər

Hibrid tədbirlər

Böyük Hibrid Tədbirlərin təşkili

Azərbaycanda Böyük Hibrid Tədbirlər adətən Hilton, Fairmont, JW Marriott, Baku Marriott Boulevard otellərinin böyük zallarında keçirilir. Bu otel məkanları böyük hibrid tədbirlərdə ixtisaslaşmışdır. Bunlar Bakının ən geniş konfrans zallarıdır və hətta Covid-19 qaydalarına baxmayaraq, hələ də böyük hibrid tədbir keçirmək üçün kifayət qədər iştirakçı tutumuna malikdirlər. Konsis bu məkanlarda hibrid tədbirlər üzrə geniş təcrübəyə malikdir.

Böyük hibrid tədbir xidmətlərimizə aşağıdakılar daxildir:

  • Blackmagic Design mobil studiyası;
  • Video çəkiliş Sony kameraları ilə;
  • Səs sistemi;
  • Səhnə tərtibatı, arxa fon;
  • Led ekran, komfort monitorlar;
  • Video striminq;
  • Zoom onlayn platformaları;
  • Interprefy, Speakus kimi tərcümə platformaları;
  • Konfrans zalında sinxron tərcümə avadanlığı;
  • Tədbirin video materialının yazılması;
  • İştirakçıların qeydiyyatı.

    Konsis hazırda Azərbaycanda böyük hibrid tədbir xidmətləri göstərən yeganə şirkətdir. Tədbirlərin texnologiyası üzrə ixtisaslaşmış texniki komandamız var, layihə menecerlərimiz isə tədbir boyu iştirakçıların idarə olunması da daxil olmaqla tədbirlərin ümumi təşkilatçılıq işlərində ixtisaslaşmışdır. Menecerlərimiz tədbirin rahat keçməsi üçün məruzəçilərə, tərcüməçilərə onlayn tədbir platforması funksiyalarından istifadə üzrə təlim də keçə bilər.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq