İş günləri: Baz. er. - Şənbə, 09:00 - 18:00
Konsis GroupKonsis GroupKonsis Group
+99450 222 00 13
info@konsis.az
133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
  • AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
  • Brendinqli Hibrid Vebsayt

    Hibrid tədbirlər

    Brendinqli Vebsayt ilə Hibrid Tədbirlərin təşkili

    Böyük Hibrid Tədbirlər müştərinin brendini daha yaxşı əks etdirən bir mühitdə keçirilə bilər. Bu cür tədbirlər üçün xüsusi vebsayt platformasından istifadə olunur. Bu vebsaytın içində onlayn tədbir platforması, iştirakçı qeydiyyatı sistemi, sponsorlar, sərgi, iştirakçı təcrübəsinin ölçülməsi sistemləri var.

    Xüsusi vebsayt ilə Hibrid Tədbirlərin keçirilməsinə aşağıdakı xidmətlər daxildir:

    • Brendinqli vebsəhifə
    • Canlı yayım
    • Sponsor səhifələri
    • Virtual sərgi
    • Söhbət otaqları
    • İştirakçı Qeydiyyatı
    • İştirakçı analitikası
    • Tibbi tədbirlər üçün xüsusi xüsusiyyətlər
    • Canlı hesabat və statistika

      Bu cür vebsayt ilə keçirilən tədbirlərdə iştirakçılar müştərinin korporativ rənglər, korporativ stilində hazırlanmış bir mühitdə bir neçə saat vaxt keçirir müştərinin brend kimliyini tamamilə yaşayırlar. Sponsor reklamları, sponsora həsr olunmuş səhifələr mövcuddur. İştirakçılara virtual sərgi stendlərini ziyarət etmək və sponsorlar tərəfindən yayımlanan videolara baxmaq, sponsor nümayəndələri ilə canlı söhbət etmək, B2B görüşlər üçün randevu almaq, şəbəkə otaqlarında söhbət etmək imkanları təqdim olunur.
    Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

    Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

    İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

    Biz kimik?

    ✅ Şirkətimizin şöbə sayı: 14+
    ✅ Komanda üzvü sayı: 70+
    ✅ Tamamlanmış işlər: 1000+
    ✅ Müştəri rəyləri: 100+

    Dostlarınla paylaş

    Share on whatsapp
    WhatsApp
    Share on facebook
    Facebook
    Share on telegram
    Telegram
    Share on twitter
    Twitter
    Share on linkedin
    LinkedIn
    Share on skype
    Skype
    Share on email
    Email

    Portfolio

    Əlaqə üçün

      Sifariş göndər

      Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq