Kiçik Hibrid Tədbirlər

Hibrid tədbirlər

Kiçik Hibrid Tədbirlərin təşkili

Konsisdə biz Hibrid tədbirləri iki kateqoriyaya ayırırıq. Kiçik və Böyük Hibrid tədbirlər. Azərbaycanda mövcud olan konfrans meydançalarında iclas otağının ölçüləri və bu iclas otaqlarında Covid-19 tələbləri nəzərə alınmaqla konfrans iştirakçılarının sayının məhdudlaşdırılmasını nəzərə almaqla kiçik hybrid tədbirləri 20 nəfərə qədər hesablamışıq. Kiçik iclas otaqları adətən təxminən 20 nəfər şəxs qəbul edə bilir.

Kiçik hibrid tədbir avadanlıqlarımıza daxildir:

  • Veb kamera
  • Mac Mini Səs sistemi
  • Monitor və ştativ

Müştəri uzaqdan qoşulan iştirakçıları böyük ekran formatında görmək istəsə, əlavə led ekran quraşdırıla bilər. Konfrans otağını bir neçə fərqli bucaqdan çəkmək lazımdırsa, əlavə video kameralar da qoşulur. Kiçik Hibrid tədbirlərin iştirakçıları olduqları yerdən asılı olmayaraq, istər zalda istərsə də uzqdan qoşulsunlar, bir-birini görə, eşidə, fayl paylaşa, söhbət edə, ayrı-ayrı otaqlara bölünə, sinxron tərcüməni dinləyə bilər.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq