İş günləri: Baz. er. - Şənbə, 09:00 - 18:00
Konsis GroupKonsis GroupKonsis Group
+99450 222 00 13
info@konsis.az
133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
Konsis GroupKonsis GroupKonsis Group
  • AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
  • Fəhlələr

    Personal

    Fəhlələr

    Tədbirləriniz üçün işçi qüvvəsi bizdən sifariş edə biləcəyiniz başqa bir xidmətdir. Müxtəlif növ tədbirlər üçün işçi heyətin təmin edilməsi üçün xidmətlər göstəririk: idman tədbirləri, futbol müsabiqələri, konqreslər və konfranslar. 

    Tədbirlərə hazırlıq və müxtəlif avadanlıqların quraşdırılması işlərində işçilər fiziki gücün yanında tədbir texnikası ilə davranmağı da bilməlidir. Tədbirlərdə fəhlələr aşağıdakı işləri görür: yükdaşıma və yüklərin boşaldılması xidmətləri, səhnələrin, ekranların, işıqlandırma avadanlıqlarının yığılması və quraşdırılması, reklam və reklam məhsullarının quraşdırılması, səhnə avadanlıqlarının və mebellərin tənzimlənməsi və quraşdırılması, çadırların quraşdırılması, promo məhsullarının və reklam rəflərinin quraşdırılması. Konsis təcrübəli ustalar və tədbir fəhlələrindən ibarət komandasını təqdim edir. İşçilər komandasına birbaşa nəzarət edən xarici dilləri bilən nəzarətçi ayrılır. Nəzarətçi həm iş prosesinə nəzarət edir, həm də müştəri ilə əlaqələndirici şəxs olur.

    Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

    Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

    İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

    Biz kimik?

    ✅ Şirkətimizin şöbə sayı: 14+
    ✅ Komanda üzvü sayı: 70+
    ✅ Tamamlanmış işlər: 1000+
    ✅ Müştəri rəyləri: 100+

    Dostlarınla paylaş

    Share on whatsapp
    WhatsApp
    Share on facebook
    Facebook
    Share on telegram
    Telegram
    Share on twitter
    Twitter
    Share on linkedin
    LinkedIn
    Share on skype
    Skype
    Share on email
    Email

    Portfolio

    Əlaqə üçün

      Sifariş göndər

      Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq