Top banner PC
Top banner mobil

Qeydiyyat Heyəti

Personal

Qeydiyyat heyəti

İstər işgüzar konfrans, istərsə də böyük qonaq axını olan tədbir olsun, gündəliyə təkcə qonaqların qarşılanması, naviqasiya məsələləri, sifarışçınin müxtəlif tapşırıqlarının tədbir zamanı yerinə yetirilməsi, zənglərin qəbulu, tədbirə gələn hər bir iştirakçının qeydiyyata alınması daxil olmaqla, Konsis sizə tədbir çərçıvəsində bütün məsələlərin təşkili prosesini həll etməyə kömək edəcək. Təcrübəli qeydiyyat personalı heyətimiz heç bir qonağı nəzarətsiz qoymayacaq, nəticə olaraq günün sonunda tədbirinizdə iştirak edən bütün qonaqların ətraflı siyahısı ilə sizi təmin edəcək.

 Konsis tərəfindən təqdim olunan qeydiyyat heyəti 3 dildə – Azərbaycan, ingilis və rus dillərində sərbəst danışır. Zərurət yarandıqı təqdirdə, müştərini digər dillərin mütəxəssisləri ilə təmin edə bilərik. Müvəqqəti heyətin seçilməsini və təmin olunmasını bizə həvalə etməklə, müxtəlif vəzifələri yerinə yetirmək üçün ixtisaslı mütəxəssislərin seçilməsi üçün xeyli vaxt tələb edən əlavə səylərdən azad olacaqsınız.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq