Top banner PC
Top banner mobil

Video kamera operatorları

Personal

Video kamera operatorları

Kamera operatorlarımız tədbirlərin videoqrafiyası sahəsində təcrübəli peşəkarlardır.

Aşağıdakı videoqrafları bizdən sifariş edə bilərsiniz:

Yayım kamera operatorları – tədbir mühitində HD və ya 4K yayım kameraları ilə işləyən operatorlardır. Bu operatorların qarşısına adətən kreativ tapşırıqlar qoyulmur. Onlar tədbirdə səhnənin görüntüsünü ekrana vermək üçün, hesabat kadrları çəkmək üçün, hibrid tədbirlərdə canlı yayıma gedən görüntünü çəkmək üçün dəvət olunurlar. Onlar məkanın işıqlandırılması tələbləri haqqında məlumatlıdırlar, video kameraları tanıyırlar və linzalardan istifadə qaydalarına bələddirlər. Video pultda oturan canlı yayımı idarə edən kollegaları arasında kommunikasiyanı aparmağı bacarırlar.

DSLR kamera operatorları – bunlar əsasən DSLR kameralarından istifadə edən yaradıcı videoqraflardır. Onlar ya təkbaşına, ya da iki videoqrafdan ibarət komandada işləyirlər. Onlardan biri adətən köməkçi rollarda olur. Onlar tədbirlərin əhval-ruhiyyəsini qeydə alan kadrlar çəkmək və tədbir haqqında bir neçə dəqiqəlik video kliplər yaratmaq üçün tədbirlərdə işləyirlər.

Dron kamera operatorları – bunlar yüksək ixtisaslı video operatorlardır, dron idarə edə və keyfiyyətli video çəkilişləri edə bilirlər. Həm qapalı məkanlarda (konfrans zallar, şadlıq saraylarının salonları), həm də açıq havada işləyə bilərlər. Tapşırığın texniki təfərrüatları bu operatorların iştirakı ilə əvvəlcədən müzakirə edilməlidir, halbuki digər video kamera operatorlarının iştirakı olan işləri bizim layihə menecerlərimiz özləri sizinlə müzakirə edə bilir.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq