Fotozona dizayn
Fotozona – korporativ tədbir və bayram şənliklərinin vacib elementlərindəndir. Ən ciddi seminar və konfransların iştirakçıları belə, xatirə üçün bir neçə şəkil çəkməkdən imtina etməyəcəklər. Fotozona şənliyin parlaq şəkillər ilə bəzədilməsinə yardım edərək, uyğun abu-hava formalaşdıracaq. Fotozona istənilən tədbirin mövzusu və üslubunu tamamlamaq üçün gözəl fürsətdir.
Fotozona nədir və necə hazırlanır?
Komandamız istənilən dizaynı həyata keçirir və tədbirinizin yaddaqalan olmasına yardım edir, tərtibat Sizin istəklərinizi ətraflı şəkildə nəzərə alaraq hazırlanır. Biz istənilən çətinlikdə fotozonaların layihələndirilməsi və hazırlanması ilə məşğul oluruq, işimizdə yalnız keyfiyyətli dekor və materiallardan istifadə edir, detallara diqqətlə yanaşır, texniki tapşırıq sifarişinə əsasən fotozonaları hazırlayır, eləcə də tədbirdə fotozonaların təşkili üçün hazır həll yollarının icarəsini həyata keçiririk. Həmçinin siz, istəyinizə uyğun olaraq istənilən fotozonanı bizə göndərə bilərsiniz, biz nümunə əsasında büdcənizə uyğun olaraq fotozona hazırlayacağıq.Həcmli fotozonalar, media və interaktiv istifadəsi ilə fotozonalar, qrafiti üslubunda fotozonalar, məkanın illüziyasını yaradan fotozonalar və s. Tədbirinizdə çəkilmiş parlaq fotoların sosial şəbəkədə yayılmasını istəyirsiniz? Bu halda, qarşısında növbə yaranacaq orijinal fotozona tərtib etmək lazımdır. Tədbir başa çatmamış İnstagram və digər sosial şəbəkələrdə ilk fotoların paylaşıldığının şahidi olacaqsınız. Fotoların mümkün qədər çox olması üçün, fotozona öz tərtibatı ilə tədbir iştirakçılarını özünə cəlb etməlidir. Bunun üçün bir neçə vacib qaydanı nəzərə almaq lazımdır.
Böyük tədbirlərdə insanları, brend və ya tədbiri vurğulamaq üçün fotozonadan istifadə olunur. Məsələn, toy dekorasiyası üçün fotozonanı rəng ahənginə müvafiq güllər və ya parça ilə bəzəmək və ya yeni evlənənlərin adlarının baş hərfini yerləşdirmək olar. Brend üçün mühüm tədbir keçirildikdə, diqqət loqotipə, korporativ rənglərə, məhsul və ya şirkət adının təsvirinə və ya həcmli heykəlciklərə yönəldilməlidir.
Bu mövzuda fotozonalar hazırlanır:
- uşaq şənli̇kləri̇ üçün fotozona
- selebri̇ti̇ üslubunda fotozona
- müxtəli̇f güllərdən fotozona
- həcmli̇ fotozona
- 14 fevral üçün fotozona
- 8 mart üçün fotozona
- yeni̇ i̇l şənli̇yi̇ üçün fotozonalar
- yubi̇ley üçün fotozona
- toy üçün fotozona
- yay fotozonasi avtobus
- tantamaresklər
- kartondan fi̇qurlar
- qraffi̇ti̇
- şəki̇llər üçün çərçi̇vələr.
Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.
İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.
Biz kimik?
✅ Şirkətimizin şöbə sayı: | 14+ |
✅ Komanda üzvü sayı: | 70+ |
✅ Tamamlanmış işlər: | 1000+ |
✅ Müştəri rəyləri: | 100+ |
Dostlarınla paylaş
Portfolio
Əlaqə üçün
- SAT Plaza, 10-cu mərtəbə, 133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
- +99410 255 58 88
- +99410 255 58 88
- info@konsis.az