Onlayn tədbirlərin təşkili
Onlayn tədbirlər insanların onlayn görüş platforması vasitəsilə audio-video zəngdə görüşdüyü video konfranslardır. İştirakçılar müxtəlif yerlərdən qoşulur və audio, video, chat söhbətləri ilə iclas edirlər. Belə onlayn görüşlərin üstünlüyü ondan ibarətdir ki, hər kəs görüşə istənilən yerdən kompyuter və ya internet bağlantısı olan digər cihazla qoşula bilər.
Onlayn tədbirə qoşulmaq üçün nə lazımdır?
- Stabil internet bağlantısı
- Veb kamerası olan kompüter və ya mobil cihaz
- Audio zəng üçün mikrofon və ya telefon
- Video konfrans platforması.
Onlayn tədbir platformaları hansılardır?
Bu gün bazarda çoxlu onlayn tədbir platformaları mövcuddur. Konsis-də biz əsasən Zoom, Microsoft Teams, Google Meets istifadə edirik. Əgər müştəri tələbi ilə xüsusi bir platforma istifadə etmək lazımdırsa bizə bildirin və biz sizin tələblərinizə cavab verən ən yaxşı platforma ilə növbəti onlayn görüşünüzü təşkil edəcəyik.
Onlayn tədbir platformalarının funksiyaları nələrdir?
Bütün iştirakçılar bir pəncərədə – əksər onlayn tədbir proqramlarında siz bütün tədbir iştirakçılarını görə və audio və video vasitəsilə onlarla əlaqə saxlaya bilərsiniz. Ekran paylaşımı – siz ekranınızı tədbir iştirakçıları ilə paylaşa bilərsiniz Sinxron tərcümə – tərcüməçilər nitqlərin tərcüməsini təmin etmək üçün uzaqdan qoşula bilərlər. Tədbirin videosunun yazılması – bu fiziki cihaz və ya onlayn bulud platforması üzərinə yazıla bilər. Bu fayl sosial şəbəkəyə ötürülə və ya daha sonra istifadə etmək və ya tədbirdə iştirak edə bilməyənlərə paylamaq üçün arxivləşdirilə bilər. Sosial şəbəkələrə canlı yayım – tədbirin axışı onlayn tədbir platformaları daxilindəki funksionallıq və ya üçüncü tərəf cihazları vasitəsilə sosial şəbəkələrə canlı yayımlana bilər. Konsis sizə hər iki variantı təqdim edə bilər.


Biz kimik?
✅ Şirkətimizin şöbə sayı: | 14+ |
✅ Komanda üzvü sayı: | 70+ |
✅ Tamamlanmış işlər: | 1000+ |
✅ Müştəri rəyləri: | 100+ |