İş günləri: Baz. er. - Şənbə, 09:00 - 18:00
Konsis GroupKonsis GroupKonsis Group
+99450 222 00 13
info@konsis.az
133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
Konsis GroupKonsis GroupKonsis Group
  • AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
  • Səhnə konstruksiyaları

    Avadanlıq icarəsi

    Səhnə konstruksiyalarına nə daxildir?

    Səhnə tərtibatı

    Səhnə tərtibatı, bütün tədbirinizin mərkəzi performansının baş verdiyi yerdir. İstər işgüzar konfrans, istərsə də musiqili tədbir olsun, səhnə dizaynı şounuza unudulmaz görünüş qatır.

    Səhnə modullarımız

    Qapalı məkan üçün səhnə – puzzle kimi yığıla bilən 1 x 1 metr ölçüdə alüminium modullardır. Üstü dikt materialdandır. Alüminium ayaqların hündürlüyü 40, 60, 80 cm ola bilər.

    Açıq havada səhnə – 50 cmdən 1 metrə qədər hündürlük. Döşəmələri islanmayan və sürüşməyən materialdan 1 x 2 metr ölçüdə alüminium modullardır.

    Layher səhnə modulları – səhnədə ağır avadanlıqların yerləşdirildiyi şoular üçün istifadə olunan səhnə modullarıdır. Avtomobil təqdimatlarında geniş istifadə olunur.

    Səhnə arxa fonu üçün imkanlar

    Arxa fon üçün metal çərçivələrdən hündürlüyü 1 metrdən 6 metrə qədər və eni 0,5 metrdən 2 metrə qədər olan metal karkaslarımız var. Bu modullarla biz asanlıqla istənilən ölçülü arxa fon qura bilirik. Əlimizdə hazır 500 m2 karkas var və buna görə də bütün səhnə fonlarını həm sürətli həm də ucuz edə bilirik.

    Arxa fonlar üçün fərdi dizaynlar da mümkündür. Bu halda biz xüsusi hazırlanmış metal və taxta çərçivələr istehsal edirik. Xüsusi fon ideyaları üçün bizimlə əlaqə saxlayın.

    Tədbirlərinizdə səhnə və fonlar haqqında əlavə məlumat üçün Bloq yazımızı da oxumalısınız.

    Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

    Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

    İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

    Biz kimik?

    ✅ Şirkətimizin şöbə sayı: 14+
    ✅ Komanda üzvü sayı: 70+
    ✅ Tamamlanmış işlər: 1000+
    ✅ Müştəri rəyləri: 100+

    Dostlarınla paylaş

    Share on whatsapp
    WhatsApp
    Share on facebook
    Facebook
    Share on telegram
    Telegram
    Share on twitter
    Twitter
    Share on linkedin
    LinkedIn
    Share on skype
    Skype
    Share on email
    Email

    Portfolio

    Əlaqə üçün

      Sifariş göndər

      Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq