Top banner PC
Top banner mobil

Video spinner – 360 Selfie

Video spinner - 360 Selfie ilə möhtəşəm

İnteraktiv əyləncə 360 Selfie “Konsis Group”da

Heç özünüzü nə vaxtsa parlaq işıqlarla işıqlandırılan bir kütlənin diqqət mərkəzində, ümumiyyətlə diqqət mərkəzində hiss etmisiniz? “Konsis Group”dan interaktiv əyləncəni360 Selfie kamerasını sifariş edin və tədbir qonaqlarınızın özünü tam olaraq aşağıdakı kimi hiss etmələrinə şərait yaradın: altı işıq sütunu, ən son Go Pro 8 kamerası, alçaq və rahat platforma, konfeti və peşəkar köməkçi – bütün bunlar hamısı rəngarəng və effektli görüntü yaradan videonun zəmanətidir.

Video spinner - 360 Selfie ilə möhtəşəm

360 Selfie nədir?

360 Selfie 360-dərəcəli kameranın köməyi ilə asta hərəkətli rejimdə selfilər çəkməyə və brend videonu dərhal e-poçta göndərməyə imkan verən cihazdır. Diqqət mərkəzində olun, çünki hər şey sizin ətrafınızda dövr edir!

Video spinnerdən, 360 Selfie-dən həm qapalı, həm də açıq məkanlarda istifadə etmək olar.

Video spinner - 360 Selfie qurğusu

Tədbir zamanı Video Spinner 360-dan necə istifadə etmək olar?

Video spinner 1-4 nəfərin otura biləcəyi platformadan ibarətdir. Qonaq platformanın üzərində dayandıqda kamera fırlanmağa başlayır və SlowMo rejimində 360° video çəkir. Videonu böyük sensor panelin köməyilə e-poçt vasitəsilə göndərmək olar.

Loqolar, musiqi və ekran qoruyucularından istifadə etməklə brendləşdirmə mümkündür. Bundan əlavə, fonun tərtibatı (fon rəngi tədbirə uyğun seçilə bilər), fırlanan video platformanın əsasının brendləşdirilməsi və sensor paneldə loqonun yerləşdirilməsi də mümkündür.

Video spinner - 360 Selfie çəkilişi

Video Spinner 360-ın xüsusiyyətləri

✅ Avadanlıq və məzmunun brendləşdirilməsi imkanı

✅ Tədbirlərdə WOW effekti yaradan interaktiv

✅ Çıxış formatı – VIDEO (MP4)

✅ Orta hesabla quraşdırma və tam tənzimləmə 30-60 dəqiqə arasında vaxt aparır.

Video spinner - 360 Selfie işıqlandırılması

Video spinner 360 necə işləyir?

Video platforma operator pultundan idarə olunur. Uzunluq, yavaşlama, videoçarxın qrafikası tamamilə sizin istəklərinizə uyğun tənzimlənir.

  1. Dəvət – Operator qonaqları platformaya dəvət edir.
  2. Təlimat – Təlimat keçirilir və iş prinsipi izah olunur.
  3. İşə salma – Operator spinnerin fırlanması üçün onu işə salır.
  4. Çəkiliş – Operator 5 saniyədən 15 saniyəyə qədər davam edən çəkilişləri işə salır.
  5. Dərc – Qonaq əldə edilən videonu öz elektron poçt ünvanına göndərə bilər.

Video spinner 360 müxtəlif formatlı tədbirlər (korporativ tədbirlər, toylar, ad günləri, forumlar, sərgilər) üçün uyğundur. Spinner 360 müxtəlif yaş qrupundan (20 yaşdan 45 yaşadək) olan insanlar tərəfindən tələb olunacaq və onlara maraqlı olacaqdır.

İnteraktiv Videospinner 360 yüksək ötürücülük qabiliyyətinə malikdir; fasiləsiz rejimdə orta hesabla 60-a qədər videoçarx çəkmək mümkündür