360 video spinner

İnteraktiv Əyləncə

360 video spinner

360 Video spinner (booth) – bu, action-kameranın yüksək sürətlə ətrafında döndüyü və qonaqların iştirakı ilə SlowMo rejimində video hazırlayan unikal platformadır.

360 Video spinner necə çalışır?

Spinner 360 bir neçə saniyə ərzində sizi bütün mümkün rakurslardan çəkməyə imkan verən dairəvi çəkiliş texnologiyasıdır! 360 dərəcə fırlanan kamera təsviri yavaş çəkiliş rejimində yaradır və emal edir. Çəkiliş zamanı iştirakçılar həvəslə rəngarəng konfetti atırlar ki, bu da hazır videoçarxda video-görüntünüzü çox gözəl bəzəyəcək. Bu seçim artıq öz orijinallığını sübut edib və şübhəsiz ki, ona tələbat çox olacaq. Məsələn, toy mövsümündə tədbirdən əvvəl və ya ad günü qeyd edilərkən furşet üçün, yaddaqalan anları əbədiləşdirmək üçün orijinal fikir ola bilər.

360 video booth interaktivinin iş prinsipi aşağıdakı kimidir:

• Qonaqlar platformaya çıxırlar və gözəl hərəkətlər etməyə başlayırlar.
Videonun süjetini hər kəs özü seçir: rəqs etmək, tullanmaq, hərəkətsiz dayanmaq və ya kameranı “”ötməyə”” cəhd etmək olar (istəyə görə qonaqlar xüsusi rekvizitlərdən istifadə edə bilərlər).
• Yüksək sürətli kamera video çəkir və xüsusi proqram onu “”yavaşladır””, ona giriş təsviri, brendinq və musiqi əlavə edir.
• Hazır video dərhal, elə tədbirdəcə e-poçt və ya QR-kod vasitəsilə qonaqlarınıza göndərilir.
• İstifadəsi tövsiyə olunur: toylar, ad günləri, təqdimatlar, yubiley, korporativ tədbirlər, promo-tədbirlərdə.

Xidmətə nə daxildir?

• Spinner 360 platforması
• 6 işıq mənbəyi
• Brend dizaynının hazırlanması
• Limitsiz sayda videoçarx
• Musiqi müşayiəti
• Texniki mütəxəssislərin işi
• Qonaqlar üçün rekvizitlər
• Avadanlığın quraşdırılması və sökülməsi

Platforma nə qədər yer tutur?

3×3 metr
Platformanın quraşdırılması üçün nə qədər vaxt lazımdır?
2 saat
İş üçün daha nə lazımdır?
220 V, 1 kVt-lıq adi ştepsel yuvası.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq