İş günləri: Baz. er. - Şənbə, 09:00 - 18:00
Konsis GroupKonsis GroupKonsis Group
+99450 222 00 13
info@konsis.az
133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
Konsis GroupKonsis GroupKonsis Group
  • AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
  • Sehrli güzgü

    İnteraktiv Əyləncə

    Sehirli güzgü

    Foto-güzgü qonaqlara öz boyları bərabərində şəkillər çəkməyə və çap olunan şəkillərini tədbirin üslubuna uyğun olaraq, dərhal əldə etməyə imkan yaradır.

    Sehrli güzgü nədir?

    Foto-güzgü həm tək portret, həm də qrup halında şəkil çəkdirməyə imkan verir. Həm də smartfonlardan fərqli olaraq, fotokadra təkcə həmin şəxslərin özləri yox, həm də bütün qonaqlar və ətrafdakı interyer də daxil olacaq! Belə şəkillərin keyfiyyəti telefonla çəkilmiş şəkillərdən daha yaxşıdır – çəkiliş peşəkar fotokamera vasitəsilə edilir. Ən əsası isə şəkil dərhal brendli çərçivədə çap olunur. Bütün bunların hamısını avtomatik olaraq ağıllı selfi güzgüsü edir!
    Bu gün interaktiv güzgünü cəsarətlə event-tədbirlərdə ehtiyac duyulan top-trendlərə aid etmək mümkündür.
    Selfi prokatı – Selfi güzgüsü eyn anda bir neçə funksiyanı yerinə yetirir, birincisi, o velkom zonanın gözəl bəzəyinə çevriləcək. İkincisi, o interaktivdir və böyükləri və uşaqları əyləndirməyə xidmət edəcək. Üçüncüsü, qonaqlar tədbirdə yaddaqalan fotoşəkillər çəkdirə və sosial şəbəkələrdə şənlik haqqında təəssüratlarını bölüşə biləcəklər.

    Selfi-güzgünün üstünlükləri və imkanları:

    • Zəmanətli pozitiv – qonaq fotozonaya yaxınlaşanda, ekranda sizin seçdiyiniz nəzakətli yazı peyda olur, məsələn: “Bu gün çox gözəl görünürsünüz! Gülümsəyin!”
    • Gözəl çərçivə – qonaqlar öz fotolarına şirkətinizin loqosu ilə brendləşdirə biləcəkləri gözəl çərçivə seçə biləcəklər.
    • Ani foto və çap – “üç, iki, bir, çəkilir” şəklində sonuncu gerisayımdan sonra şəkil çəkilir və onu dərhal çap etmək mümkün olur.

    Xidmətə nə daxildir?

    • Qeyri-məhdud sayda foto çapı. Siz ancaq icarə müddəti üçün pul ödəyirsiniz, şəkillərin sayı məhdud deyil.
    • Fotoşəkillərin dizaynı. Qısa müddət ərzində dizaynerimiz bütün istəklərinizi nəzərə alaraq, mükəmməl dizaynı təşkil edəcək
    • Animatorun tövsiyələri. Assistentimiz qonaqlara bütün şəkilləri uğurla çəkə bilmək üçün lazımlı məlumatlar verəcək və qonaqların suallarını cavablandıracaq
    • Şəhər daxilində çatdırılma. Hər bir sifarişin qiymətinə şəhər daxilində avadanlıqların çatdırılması / quraşdırılması / sökülməsi daxildir.
    Ölçülər: 2,0*2,0*2,0 m.

    Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

    Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

    İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

    Biz kimik?

    ✅ Şirkətimizin şöbə sayı: 14+
    ✅ Komanda üzvü sayı: 70+
    ✅ Tamamlanmış işlər: 1000+
    ✅ Müştəri rəyləri: 100+

    Dostlarınla paylaş

    Share on whatsapp
    WhatsApp
    Share on facebook
    Facebook
    Share on telegram
    Telegram
    Share on twitter
    Twitter
    Share on linkedin
    LinkedIn
    Share on skype
    Skype
    Share on email
    Email

    Portfolio

    Əlaqə üçün

      Sifariş göndər

      Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq