Top banner PC
Top banner mobil

Qraffiti divar

İnteraktiv Əyləncə

Qraffiti divar

Əgər təşkilat qarşıdan gələn tədbiri unudulmaz etmək istəyirsə, bu, müxtəlif interaktiv əyləncəli vasitələrdən istifadə etməklə mümkündür.

Qraffiti divarı (Qraffiti vol) – parlaq təəssüratlar, xoş əhval-ruhiyyə, unudulmaz emosiyalar, maraqlı vaxt keçirmək deməkdir.

Qraffiti divarından harada istifadə edilir:

• konfranslarda, mühazirələrdə, məruzələrdə – yeni informasiyanın əyani təqdimatı üçün;
• yeni məhsulların təqdimat mərasimlərində – yeni layihə ilə tanış olmaq üçün;
• ziyafətlərdə, ad günlərində, korporativ məclislərdə, yubileylərdə – yaradıcı əyləncələr üçün.

Qraffiti divarı nə üçündür?

Bu əyləncədə iştirak etmək üçün iştirakçılara xüsusi bədii istedadlar lazım deyil, kreativ direktor və ya dizayner olmaq tələb olunmur. Sadəcə istək və yaxşı əhval-ruhiyyə yetərlidir, interaktiv balonu götürmək və yaratmaq kifayətdir!
Beləliklə, hər şey 2×3 metr ölçülü ekranda baş verir, ekranın solunda iş paneli var, burada balonun fırçasını, püskürən virtual boyanın rəngini, fonunu və həmçinin müxtəlif hazır şəkilləri seçmək mümkündür. İştirakçı balonu əlinə alır və infraqırmızı şüaların köməyi ilə virtual boyanı virtual divara püskürür, proqram təminatı isə bütün hərəkətləri qeydə alır və kompüter vasitəsilə görüntünü ekrana ötürür.

Nə çəkmək olar?

Ən sadə iş ekranda əks olunan təsvirləri rəngləməkdir. Tələb olunan manipulyasiya rəngi seçmək və boyamaya başlamaqdır. Bunun öhdəsindən hətta balaca uşaqlar da gələ bilərlər, böyük divarlarda şəkil çəkmək onların mütləq xoşuna gələcək, çünki evdə yəqin bunu etməyə onlara icazə verməzlər.
Daha təcrübəli iştirakçılar artıq özləri təsvirə nə isə əlavə edə və ekranda öz istədiklərini çəkə bilərlər.
Daha cəsarətli olanlar isə öz fotolarını və ya həmkarlarının şəkillərini ekranda tanınmaz hala sala bilərlər. Məsələn, yan otaqda işləyən iş yoldaşını palma ağacları olan adaya “göndərə”, başına virtual sombrero qoya bilərlər. Baş direktoru isə “şəxsi” təyyarəsinin sükanı arxasına “əyləşdirmək” olar.
Əlinizə virtual boyalı balon keçəndən sonra saysız-hesabsız yaradıcı ideyalar yaranmağa başlayır və bu fikirlərə gülüş dolu anlar və əla əhval-ruhiyyə, bir də bu günün gözəl xatirəsi əlavə olunur.
Fırçaların böyük seçimi sayəsində iştirakçılar “dodaq boyası” ilə yazı yaza, divarda ən sevdikləri ifadəni cıza, müxtəlif rəsmlər çəkə bilərlər.
Tədbirin bütün iştirakçıları tərəfindən yaradılmış təsvirlər və fotoşəkillər elektron formatda saxlanılır. Onları fleş-karta köçürüb özünüzlə apara, yaxud şəkilləri elə oradaca öz elektron poçt ünvanınıza yollaya bilərsiniz.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq