Top banner PC
Top banner mobil

Foto budka

İnteraktiv Əyləncə

Foto Budka

Foto-köşk – tədbirinizin ən mühüm hadisələrini əks etdirməyə kömək edəcək səyyar fotostudiyadır.
Kamera şəkillərinizi çəkir və onları dərhal çap edir. Fotoşəkillərin sayı məhdud deyil.

Foto Budka əyləncəsi

Foto-köşkün təyinatı dəvət olunanlara bayram zamanı parlaq, şən və ya məzəli şəkillər çəkməyə, qonaqları əyləndirmək üçün fotoları dərhal çap etməyə imkan yaratmaqdan ibarətdir.
Şənlikdə gəlinlə, yubilyarla və ya rəfiqələrlə ümumi bir şəkil çəkmək istəyirsinizsə, həmin an fotoqraf axtarmağa ehtiyac yoxdur.
Əvvəlcədən rekvizit hazırlamaq, təntənəli fon seçmək, bahalı fotoaparat almaq lazım gəlməyəcək. Bunların hamısı bir yerdə – köşkün içərisindədir!
Belə interaktiv kiçik fotolaboratoriya çox az yer tutur, ani şəkillər çəkir və onları dərhal çap edir.
Əlavə olaraq qonaqlara müxtəlif aksesuarlar, bəzəklər, arxa plan seçimləri təklif olunur.

Foto-köşk aşağıdakılardan ibarətdir:

• müştəriyə lazım olan rəngdə pərdələri olan daşına bilən kabinələr (sifarişçinin istəyi ilə);
• geniş həllə malik güzgülü kamera;
• keyfiyyətli printer;
• işıqlandırma;
• ekran
İstənilən tədbir üçün uyğun seçimdir
Foto-köşk ilə hər bir bayram şənliyi unudulmaz və parlaq keçəcək!
İstənilən formatda təşkil olunmuş bayram tədbirində qonaqları əyləndirəcək və sevindirəcək, foto çəkmək asan və əyləncəli olacaq, xoş əhval-ruhiyyə bəxş edəcək!
Bayram şənliyinin təəssüratları isə daha sonralar gülümsəyərək baxacağınız gözəl və keyfiyyətli fotoşəkillər kimi yaddaşınızda qalacaq!

Tədbirinizdə foto-köşkün yaratdığı imkanlar

• Tədbir ərzində fasiləsiz iş
• Cəmi 7 saniyə ərzində yüksək keyfiyyətli foto
• Bir kadrda 12 nəfərlə birgə şəkillər çəkə bilərsiniz!
İstifadə etmək rahatdır
• Peşəkar güzgülü fotoaparatla təchiz olunmuşdur
• Yalnız 2x2m2-lik sahə tələb olunur
• Hər kəs asanlıqla istifadə edə bilər
• Hər yerdə, hətta küçədə asanlıqla yerləşdirilə bilər
Foto-çərçivənin arzunuza uyğun dizayn edilməsi imkanından faydalana bilərsiniz
• Şablon dizaynının 50-dən artıq variantını təklif edirik, onların hazırlanması ilə peşəkar dizaynerlər məşğul olurlar
• Dizaynla bağlı sifarişçinin istəklərinə diqqətlə yanaşırıq
• Mətnləri, şəkilləri və əlavə istəklərinizi şablona daxil edirik.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq